Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2015

Rusiya İran-"Altılıq" nüvə müzakirələrinin ləngiməyindən narahatdır

Təəssüflər olsun ki, müzakirələrin inkişafı getdikcə ləngiyir və bu, bizi narahat edir, çünki danışıqların bitməyinə az vaxt qalıb. Son addım daha tez atılmalıdır.

SalamNews-un RT-yə istinadla verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, ölkəsinin Qərb tərəfindən irəli sürülən çoxsaylı tələblərin İranın öhdəliyinə qoyulmağını istəmədiyini deyib.

Qeyd edək ki, İran və beynəlxalq vasitəçilərdən ibarət "Altılıq" cari ayın sonunadək yekun nüvə anlaşmasına nail olmaq niyyətindədir. Tərəflər müzakirələrin uzadılmağının əleyhinədirlər.

Hazırda İran və "Altılıq" nümayəndələri Avstriyanın paytaxtı Vyanada danışıqlar aparırlar.
558 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:48