Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2015

“Bakı-2015”-in açılışı dünyanın ən bahalı tamaşası oldu

Dilsiz, ağızsız pulları dədə malı kimi xərcləyirlər...

Avropa oyunlarının açılış mərasiminin xərcləri Pekin və Londonu geridə qoydu

Azərbaycanda keçirilən I Avropa Oyunlarının açılış mərasimi xərclərinə görə tarixə düşə bilər. Belə ki, rəsmi məlumata görə, acılış mərasiminə sərf edilən xərc 100 milyon manatı ötüb. Yarışın miqyası nəzərə alınsa, bu fantastik bir rəqəmdir. Müqayisə üçün deyək ki, 2008-ci ildə Pekində keçirilən olimpiya oyunlarının açılış mərasiminə 100 mln dollar xərclənib və bu tarixin ən bahalı açılış mərasim hesab olunur. Ancaq Pekin olimpiyadası Bakı oyunları ilə müqayisəyə gəlmir.
2013-ci ildə Londonda keçirilən son olimpiya oyunlarının açılış mərasiminə 27 mln funt sterlinq, yəni 42 mln dollar xərclənib. Olimpiya və paralimpiya oyunlarının açılışı və bağlanış mərasimlərinə isə ümumilikdə 80 mln funt sterlinq, yəni 124 mln dollar sərf olunub.
2010-cu ildə Vankuverdə keçirilən qış olimpiadasının açılışına 40 mln dollar xərclənib.
Soçi olimpiadasının açılış və bağlanış mərasimlərinin xərci barədə dəqiq məlumat açıqlanmasa da, mərasimin London olimpiadasından 20% baha baha gəldiyi deyilir. Bu da təxminən 140-150 min dollar edir.
Ölkəyə bir çox problemlər bahasına baha gələn Avropa oyunlarının bağlanış mərasiminə nə qədər vəsaitin xərclənəcəyi hələ açıqlanmır.
Üstəlik nəzərə almaq lazımdır ki, rəsmilər bir çox halda xərcləri azaltmaqda da maraqlıdır. Bu baxımdan oyunların ölkəyə göstərildiyini xeyli baha başa gələcəyini indidən tərəddüd etmədən demək olar.
Olimpiya oyunlarının miqyası, ölkəyə gələn qonaqların, turistlərin sayını, nəticədə əldə edilən xərcləri Bakı Oyunlarının göstəriciləri ilə müqayisə etmək yersizdir. Bu baxımdan xərcin nə qədər böyük olduğunu təsəvvür etmək elə də çətin deyil./azadlıq/
585 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber