Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2015

Hacı Qasim Süleymani haqda BMT-yə məlumat verilməyib

General Süleymaninin qadağan edilən ölkələrə səfəri haqda heç bir məlumat verilməyib!
“Blomberq” xəbər portalı BMT nəzdində İrana sanksiyalar tətbiqi üzrə komissiyanın son raportuna toxunaraq bildirib ki, protokola əsasən, İranın hər hansı yolla sanksiyaları poza bilməyi qeyri-mümkündür. Məsələn, indiyədək Qasim Süleymaninin qadağa edilmiş ölkələrə daxil olduğu haqda BMT tərəfindən heç bir pozuntu qeydə alınmayıb. Halbuki son vaxtlar Generalın İraq, Suriya və Livan ərazilərində hərbi təlim və əməliyyatlarda hazır olduğunu göstərən foto və videolentlər tez-tez müşahidə olunmaqdadır.
Portalın verdiyi xəbərə görə, raport bəri başdan İranın müxalifləri – İsrail başda olmaqla Obamanı nüvə müzakirələrində İranla sazişə girdiyini təqsirləndirən bir sıra demokrat və respublikaçıların nümayəndələri tərəfindən ciddi tənqidlə qarşılanıb.
Artıq raporta əsasən, İngiltərənin 20 aprel 2014-cü il tarixli İranın BMT-nin qara siyahısında adları qeydə alınan iki şirkətdən nüvə təchizatını alması ittihamı ciddi sual altına düşür. Hələ raportdan qabaq komissiyaya adları ifşa edilməyən iki ölkə tərəfindən ticarətin qara siyahıda olmayan digər xarici banklar vasitəsilə həyata keçdiyini göstərən qəti sənədlər təqdim olunub. Görünür, İsrail və digər müxaliflər nüvə müzakirələrində razılığı pozmaq üçün hər hansı iftiraya əl atmağa hazırdır və son raport onları daha da, qəzəbləndirib.
497 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı