Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2015

ABŞ polisi 46 yaşlı qaradərili kişini öldürdü

ABŞ-da daha bir polis qara dərilini öldürüb.

Hadisə Florida ştatında baş verib.

Parka nəzarət edən Antonio Torres 46 yaşlı evsiz Fritz Severenin əlindəki borunu silah zənn edib. F.Severe polisin silahı yerə at tələbinə reaksiya verməyib.

Əlində boru ilə polisə tərəf gəlib. Bu zaman polis ona 5 dəfə atəş açıb. Hadisə yay düşərgəsində baş verib və həmin vaxt orada 50 uşaq olub.

Hadisə nəticəsində Severe ölüb. Jurnalistlərə açıqlama verən polis rəisi Rodolf Llanes həqiqətin gec və ya tez ortaya çıxacağını deyib. O hadisə şahidləri nəticəsində hadisənin necə baş verməsinin qısa zamanda müəyyən ediləcəyini deyib./publika/
501 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP