Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

Dindarlar məhkəmədən öz bəraətlərini istədilər

"Qollarıma vurulan qandal deyil, azadlığımın qolbağıdır "
Xəbər verildiyi kimi, keçən gün Nicat Əliyev və dindarların məhkəməsi keçirilib

İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, keçən gün saat 11:20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber.net” saytının baş redaktoru Nicat Əliyev və digər təqsirləndirilən şəxslər Nəsirov Elvin, Camalov Qorxmaz, Hüseynov Elimxan, Hüseynov Samir, Tofiqli Emin, Məmmədov Səfər, Əliyev Əlinin növbəti məhkəmə iclası keçirilib.

Məhkəmə iclasında Səfərli Ceyhunun vəkili Əliyev Şəhriyar çıxış edib. O çıxışında qeyd edib ki, “Ceyhun Səfərli dövlət əleyhinə heç bir çağırış etməyib. Bu barədə ibtidai istintaq dövründədə heç bir sübut olmayıb. O tutularkən kobud şəkildə prosesual qaydalar pozulub. O işkəncəyə məruz qalıb. Ceyhun məhkəmə istintaqına ifadəsi zamanı bu barədə məlumat vermişdi. Ondan götürülən heç bir sənəd geri qaytarılmayıb. Ona qarşı olunan ittihamlar qondarmadır. Müdafiə etdiyim Ceyhun Səfərliyə bəraət hökmü verilməlidir.”

Daha sonar Dövlət İttihamçısı vəkillərin çıxışlarına münasibət bildirib. O çıxışında qeyd edib ki, həbs olunanlara qarşı ittihamlar haqqlı olaraq verilib və istədiyi cəzaların tətbiq olunmasını xahiş edib. Məhkəmə iclasında Quranda tolerantlıq ayəsinin olması barədə iddia səsləndirib. Bu isə etirazlara səbəb olub.

Dövlət ittihamçısının çıxışına vəkillərin etirazı gecikmədi. Vəkillər Anar Qasımlı, Yalçın İmanov və digərləri dövlət ittihamçısını qanunlara şərh verdiyi üçün tənqid etdi. Bildirdilər ki, bu yalnız konistutusiya məhkəməsinin səlahiyyətində olan məsələdir. Qanunlara şərh verməyə heç kimin qanuni icazəsi yoxdur.

Daha sonra təqsirləndirilənlərdən Elvin Nəsirov son sözlə çıxış edib. O çıxışında qeyd edib ki, “Dövlət ittihamçısı çıxışında Qurani Kərimdə tolerantlıqla bağlı ayə olduğunu qeyd etdi. Quranda tolerantlıq ayəsi yoxdur. Çünki Quranda deyilir xristianları və yəhudiləri özlərinizə dost tutmayın. Bizim sünnilərlə problemimiz yoxdur onlar bizim ailəmizin üzvləridir. Amma biz Qurana uyğun olaraq xristianlarla dostluq etmirik. Mən çox uzun uzadı danışmaq istəmirəm. Sadəcə qeyd etmək istəyirəm ki, Gülər Əhmədovaya dövlətin pullarını taladığı üçün az iş istəyirlər, amma biz dindarlara 10 il, 7 il , 6 il. İttiham aktında qeyd olunur ki, guya mənə narkotiki Ramil adlı şəxs verib. Özüdə guya *bölmənin qabağında verib. Yaxınlaşıb mənə deyib ki, görürəm dindara oxşayırsan ehtiyacında var al bu yarım kilo narkotiki sat xərclə. Çox gülməlidir elə deyilmi? Məni necə döyülməyimi istəyirsinizsə polislər tərəfindən internetdə Qəddafinin tutularkən döyülüb öldürülmə görüntüləri var. Ora baxın biləcəksiniz. Başa düşdük Orxan Zeynalov adlı şəxsin Rusiyada döyülərək tutulması və nazirin otağına aparılması şou idi. Bəs bizim işimiz nə idi anlamadım Vallah. Bu şou nəyə görə idi? Arxanızdakı Azərbaycan bayrağındakı yaşıl rəng bizim damarlarımızda axmalıdır. Vəhabilər indi ölkədə güclü təbliğat aparır. Heç kim onlara bir şey demir. Amma Allaha and olsun vaxt gələcək deyəcəksiniz ki, kaş şiələri tutmayaydıq onlarla vaxtında mübarizə aparardılar. Mən məhkəmədən xahiş yox tələb edirəm Allahın əmrinə uyğun olaraq bəraət verəsiniz.”

Məhkəmə iclasında daha sonra təqsirləndirilən Ceyhun Səfərli çıxış edib: “Bu gün bizi narkotiklə həbs edənlər əslində Allahla döyüşürlər. Çünki biz Allahın firqəsiyik. Bu gün dindarlara qarşı yox Allaha qarşı mübarizə aparırlar. Ombudsman o vaxt Baş Prokurorluğa məktub ünvanladı işkəncə barədə cavab gəldi ki belə bir şey olmayıb. Amma hansıki aşkar surətdə izlər qalmışdı. Bunlar lazım olsa vəzifələrinə görə qeyrətlərindəndə keçərlər. Mən məhkəmə heyətindən bəraətimizi tələb edirəm.”

Son olaraq son sözlə Samir Hüseynov çıxış edib. O çıxışında deyib: “Biz "gey"parada etiraz etmişik və buna görədə həbs olunmuşuq. Payladığımız disklərdə səhiyyə nazirinin "gey"parad əleyhinə tv-dəki çıxışı var. Elədirsə onuda həbs etmək lazımdır. Bu gün hakimiyyət Azərbacanda İslama qarşı hücuma keçib. Açıq aşkar şəkildə Qamət Süleymanova və digərlərinə dəstək verirlər. Çünki bunlar vəhabiliyin Azərbaycandakı təbliğatçısıdır. Mən sonda bunu demək istəyirəm ki, Rusiyada Dimitri Medvedevin vaxtında bir hadisə olmuşdu. O vaxt məktəb açılışında Medvedev hicablı tələbəni təbrik etmişdi. Amma bizim ölkədə təhsil naziri hicabı qadağan edir. Mən buna etiraz etmişəm və həbs olunmuşam. Bəraətimi sizlərdən tələb edirəm. Unutmayaq ki, ədalətsiz hökmə görə cavab verəcəksiniz.”

Daha sonra hakim Zeynal Ağayev məhkəmə iclasını 6 dekabr saat 16:00-a təyin etdi.
1918 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35