Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2015

Çində gəmi qəzası nəticəsində ölənlərin sayı 442 nəfərə çatıb

Çin höküməti "Şərq ulduzu" kruiz gəmisinin çayda batması nəticəsində ölənlərin sayının 442 nəfərə çatdığını bildirib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, xilasedicilər əvvəllər itkin düşmüş hesab edilən sərnişinin cəsədini aşkar ediblər.
Yerli gəmiqayırma idarəsinin nümayəndəsi bildirib ki, ölənlər barədə yekun məlumat bir sıra yoxlama və dəqiqləşdirmələrin aparılmasından sonra əldə olunub.
Onun sözlərinə görə, Çin hakimiyyəti axtarış-xilasetmə işlərini yekunlaşdırıb, lakin Yantsızı çayında baş vermiş insidentin araşdırması davam edir.
Son məlumatlara görə, batmış gəminin göyərtəsində 405 sərnişin, 46 heyət üzvü və 5 tur agentlik nümayəndəsi də daxil olmaqla 456 nəfər olub.
522 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP