Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2015

ABŞ-da polis idarəsinə hücum edən şəxs öldürüldü

ABŞ-ın Dallas şəhərinin polis idarəsinin qarşısında atışma törədən şəxs snayper tərəfindən öldürülüb. “RİA Novosti”nin verdiyi xəbərə görə, polisin açıqlamasına əsasən, naməlum şəxs idarə etdiyi mikroavtobusu polis idarəsinin qarşısında saxlayıb. Polis əməkdaşları ona yaxınlaşarkən sürücü qəfil avtomobili onlara tərəf sürərək vurmağa cəhd edim. Bundan sonra isə polis əməkdaşlarına odlu silahdan atəş açıb və hadisə yerini tərk edib.

Polis əməkdaşları tərəfindən müəyyən müddət təqib olunan silahlı şəxs avtomobili saxlayaraq üzərində partladıcı qurğunun olduğunu və onu işə salmaq niyyətində olduğunu bildirib. Adının Ceyms Buluer olduğunu bildirən şəxs danışıqlar zamanı qeyd edib ki, polis əməkdaşları onu uşağından ayırıb, özünü isə terrorçuluqda ittiham edib.

Silahlı şəxsin təslim olmaq niyyətində olmadığını görən polis avtomobili iriçaplı snayper silahından atəşə tutub. Nəticədə sürücü aldığı güllə yaralarından hadisə yerində ölüb./apa/
511 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı