Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2015

“Heç kim bizi dayandıra bilməyəcək”

Arif Məmmədov “Azərbaycan-2025” proqramı üçü çağırış etdi

Azərbaycanın Avropa Şurası və Avropa İttifaqında nümayəndəliyinin rəhbəri olmuş, hazırda İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı nümayəndəsi, öz açıqlamaları ilə ölkənin ən populyar diplomatına çevrilən Arif Məmmədov yeni müraciət yayıb. Facebook səhifəsində paylaşdığı müraciətdə o, ölkənin gələcəyi ilə bağlı istəklərini açıqlayır və “Azərbaycan-2015” milli proqramının hazırlanması üçün təşəbbüsə çağırır. A.Məmmədov yazır:

“Əziz bacı və qardaşlar, Böyük Azərbaycan xalqı.

Bir çoxları məndən ölkəmin gələcəyi ilə bağlı məqsədlərim və baxışlarım barədə soruşur.
Öncə ölkənin böhrandan çıxması üçün «Azərbaycan-2025» milli proqramını, yəni yaxın 10 ildə ölkənin gələcəyi ilə bağlı baxışlarımı tərtib etmək istəyirəm.

Əlbəttə, mənim öz fikirlərim var, ancaq bu, yalnız 20 ildir Avropada yaşayan, bu illər ərzində müşahidə etdiyi və öyrəndiklərindən xalqı üçün ən yaxşılarını arzulayan diplomatın fikirləridir.

İstəyirəm ki, xalqım həmin o belçikalı, norveçli, fransalı və almandan pis yaşamasın.
Pensiyalar ayda 1200 avro səviyyəsindən aşağı olmasın.
Minimal əmək haqqı saata 15 avro səviyyəsində müəyyən edilsin.
Minimal maaş bir ailə üçün ayda 2400 avro səviyyəsində müəyyən edilsin, bundan əlavə də dövlət hər uşağa görə ayda 200 avro ödəsin.

Bunlar hamısı realdır, inanın mənə.

İstəyirəm ki, hər bir vətəndaşın ölkənin milli sərvətlərində (neft, qaz, qızıl, qiymətli metallar və. s) payı olsun.
Neft Fondu ölkənin bütün milli səvətlərindən gələn gəlirlərin hər bir vətəndaş üçün toplandığı Milli Fonda çevrilsin və vətəndaşlar bu fondda nə qədər vəsaitə sahib olduqlarını bilsinlər.

Fondun rolu yalnız faizlərdən gələn gəlirlər və digər əməliyyatlar barədə xalqı məlumatlandırmaq olmalıdır. Fondun vəsaitləri şəffaf olmalı və ona tanınmış iqtisadçılardan, alimlərdən ibarət Şura tərəfindən nəzarət edilməlidir. Hər bir vətəndaşın fondun vəsaitləri və xərcləri barədə məlumatlara elektron çıxışı olmalıdır.

Yazmışdım ki, bunun üçün siyasi partiya, yaxud hər hansı digər struktur lazım deyil. Mənə bu proqramı hazırlamağa kömək etmək üçün 10-20 nəfərdən ibarət beyin mərkəzi olmalıdır. Ancaq bu layihədə yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlı iştirak etməlidir. Xarici ekspertlər məsləhətləşmələr üçün cəlb edilməlidir.

Avropada yaşayan və faydalı ola biləcək azərbaycanlılardan, ölkəmizin dostlarından xahiş edirəm, toplanmaq və bu proqramı müzakirə etmək üçün mənimlə əlaqə saxlasınlar.

Bütün həmvətənlərimdən təkliflər göndərməyi xahiş edirəm. Hər bir fikir nəzərə alınacaq.
Bu, mənim ilkin fikirlərimdir. Hamınızdan bu proqramın tərtib edilməsində iştirak etməyi xahiş edirəm.

Proqram üzərində işin gedişi barədə daim sizi məlumatlandıracam.

Heç nəyə baxmayaraq, öz gücümüzə inanmalıyıq. Əgər inansaq, heç kim bizi dayandıra bilməyəcək və biz qalib gələcəyik"./azadlıq/
780 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:40