Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2015

80 gün ərzində vəhabi Səud rejiminin törətdikləri - 2.724 şəhid

80 gün ərzində Səud rejiminin rəhbərlik etdiyi təcavüzkar koalisiyasının Yəməndə həyata keçirdiyi cinayətlərilə bağlı daha bir hesabat yayılıb.

Yəməndə Səud Cinayətlərini Araşdırma Mərkəzi paytaxt Sənada keçirdiyi mətbuat konfransında açıqlayıb ki, Səudiyyə və müttəfiqlərinin Yəmənə hücumlarının başladığı tarixdən indiyə qədər keçən 80 gün ərzində 2.724 nəfər qətlə yetirilib. Mərkəz həlak olanlardan 1170-nin qadın və uşaq olduğunu açıqlayıb. Hücumlar nəticəsində 6.841 nəfərin də yaralanıb.

Yəməndə Səudiyyə Cinayətlərini Araşdırma Mərkəzi Səudiyyə və müttəfiqlərinin Yəmənin ən çox Saada şəhərində cinayətlərini həyata keçirdiyini, ancaq bununla bağlı dəqiq hesablamalarının hələ qeydə alınmadığını bildirib.

Bu arada Yəmənin Əl-Məsirə televiziya kanalının verdiyi xəbərə görə, Səudiyyənin döyüş təyyarələri dünən Saada şəhərinin Əl-Nəauş bölgəsinə təşkil etdiyi hava hücumlarında biri bir günlük körpə olmaqla 5 mülki vətəndaşı qətlə yetirilib./deyerler/
495 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.01.17, 09:04
Londonda partlayış
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq