Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2015

Ürəyin sağlamlığı ilə bağlı maraqlı bilgilər

1. İsti hava ürəyin fəaliyyətinə necə təsir edir?

Çox isti havada ürək həddən artıq yüklənir. Sağlam insanın ürəyi belə yükləmələrə tab gətirir. Ürəyi zəif olan insanlarda isə ürək döyünməsinin tezliyi artır, təzyiq gah düşür, gah da qalxır, ödemlər əmələ gəlir, damarlarda trombların əmələ gəlmə riski artır. Belə insanlar üçün hava hərarətinin kəskin dəyişilməsi xüsusilə təhlükəlidir (evdə kondisioner, çöldə isti hava). İsti havada ürək xəstəlikləri olan insanlarda infarktın riski artır.

2. Ürək xəstəliklərinə kişilərdə tez-tez təsadüf edilir, yoxsa qadınlarda?

Ürəyin işemik xəstəliyi və hipertoniya 40 yaşına kimi kişilər arasında bu yaş qrupuna aid olan qadınlarla müqayisədə 2 dəfə daha tez təsadüf edilir. Müəyyən vaxta kimi estrogenlər (qadın hormonları) qadınların ürəyini müdafiə edir. Lakin menopauza zamanı qadınlarda estrogenlərin səviyyəsi kəskin azalmağa başlayır ki, bunun nəticəsində qadınların da ürəyi artıq müdafiəsiz qalır. Nəticədə 60 yaşlı qadınlar və kişiləri müqayisə etdikdə məlum olur ki, qadınlarda ürək xəstəliklərinə daha tez-tez təsadüf edilir.

3. Qəhvənin qəbulu ürəyə mənfi təsir edirmi?

Uzunmüddətli araşdırmalar nəticəsində məlum olub ki, gün ərzində 1-3 fincan qəhvə ürəyin fəaliyyətinə mənfi təsir etmir. Lakin nəzərə almaq lazımdır ki, qəhvə orqanizmdən kaliumu xarıc edir. Kalium isə ürəyin normal fəaliyyəti üçün olduqca vacib mineraldır.

4. Aşağı təzyiqi necə qaldırmaq olar?

Hipotoniyaya (aşağı təzyiq) adətən arıq incə qadınlarda təsadüf edilir. Bu kateqoriya qadınlarda təzyiq 90/60 mm c.st. dairəsində olur, lakin onlar özünü tam normal hiss edirlər.

Təzyiqi norma daxilində olan insanlarda isə təzyiqin bu göstəricilərə kimi düşməsi müxtəlif pozulmalara səbəb olur: zəiflik, başgicəllənməsi, taxikardiya, baş ağrısı, bəzən bayılma və s. Aşağı təzyiqi qaldırmaq üçün 1 tikə şokolad yemək, qəhvə və ya tünd çay içmək, tərkibində kofein (məsələn, sitramon) olan həb içmək olar.

Qulaqların massajı da belə vəziyyətdə yaxşı kömək edir. Xəstənin qulaqlarını ovuclarınızla fəal surətdə sürtün.

5. İnsanın sağlamlığı üçün hansı təzyiq ziyanlıdır?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə insanın sağlamlığı üçün ziyanlı olan təzyiqi 140/90 mm c.st. başlayır. Buna "yumşaq hipertoniya" deyilir.

Hipertoniyadan əziyyət çəkən insanlarda ürək və beyin damarlarında pozulmalar yaranır ki, bunun nəticəsində bu insanlarda ürəyin işemik xəstəliyinin, infarktın, insultun riski olduqca yüksək olur.

6. Hipertoniya xəstəliyi hansı səbəblərə görə "cavanlaşıb"?

Bunun əsas səbəbi sağlam olmayan həyat tərzi - azhərəkətlilik, düzgün olmayan qidalanma, artıq çəki, siqaret çəkmək vərdişi, streslər və s.

7. İsti mövsümdə ürəyə olan yükləməni necə azaltmaq olar?

Gün ərzində 2-2,5 l maye içmək lazımdır. Ətin qəbulunu azaldın, meyvə-tərəvəzin qəbulunu isə əksinə artırın. İsti havada ağır fiziki yükləmələrdən uzaq olun, daha çox dincəlin.

8. Siqaret çəkmək ürək üçün ziyanlıdırmı?

Bəli, siqaret çəkmək kimi pis vərdiş ürəyə çox mənfi təsir edir. Siqaret çəkən insanlarda damarların sıxılması baş verir ki, bu da ürəyin fəaliyyətinə olduqca mənfi təsir edir. Siqaretin tüstüsündə olan ziyanlı maddələr ürəyin əzələsinə toksiki təsir edir, orqanizm daim oksigen çatışmazlığından əziyyət çəkir, qan qatılaşır və s. Bütün bunların nəticəsində siqaret çəkən insanların arasında ürək-damar sistemi xəstəliklərinə bir neçə dəfə daha tez təsadüf edilir.

9. Hamiləlik əleyhinə həblər ürək üçün ziyanlıdırmı?

Müasir hamiləlik əleyhinə həblərdə hormonların dozası daha azdır. Lakin belə hesab olunur ki, əgər qadın 5 il ərzində bu həbləri daim qəbul edirsə, bu ürək xəstəliklərinin inkişafının riskini 2 dəfə artırır.

Əgər qadının yaxın qohumları arasında ürək-damar xəstəliklərindən əziyyət çəkənlər varsa (və ya olubsa), bu halda qadın hamiləlik əleyhinə həblərin qəbuluna daha ehtiyatla yanaşmalı və ya belə preparatlardan ümumiyyətlə imtina etməlidir.

10. Stress ürəyə mənfi təsir edirmi?

Bəli, edir. Stress vəziyyətində qana çoxlu miqdarda adrenalin hormonun ifraz olunur. Bu ürək damarlarının sıxılmasına səbəb olur. Bu zaman arterial təzyiq kəskin qalxır, nəbz artır. Qısamüddətli stress orqanizmə böyük zərər vurmur. Lakin tez-tez təkrarlanan streslər, xüsusilə isə xroniki stresslər ürəyə dağıdıcı təsir edir.

Stress vəziyyətinə düşmüsünüzsə, adrenalin hormonunun mənfi təsirini azaltmaq üçün fiziki aktivliklə məşğul olun (idmanla məşğul olun, qaçın, qadınlar ev işləri ilə məşğul ola bilər və s.). Əzələlər fəal şəkildə işlədikdə adrenalin orqanizmdən daha tez xaric olunur və onun ürəyə olan mənfi təsiri azalır.

11. Ürək xəstəlikləri irsən keçirmi?

Xəstəliklər keçməsə də, onlara olan meyillik irsən ötürülür. Əgər həm ata, həm də anada ürək xəstəlikləri varsa, onların uşaqlarında ürək xəstəliklərinin inkiaşafının riski xeyli artmış olur. Kardioxəstəliklər xüsusilə ana xətti ilə ötürülür./sağlamolun/

689 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:43