Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2015

Ərdoğana mesaj: "Əgər işimə qarışmazsa..."

Türkiyədə keçirilən son parlament seçilərində hakim partiya AKP-nin uduzması koalisiya hökumətinin yaradılmasını gündəmə gətirib.

Bir müddət əvvəl siyasətdən getdiyini bəyan edən eks-prezident Abdulla Gül koalisiya hökumətinə bir şərtlə başçılıq etməyə hazır olduğunu bildirib.

Maraqlıdır ki, onun bu fikirlərini "əl-Cəzirə" telekanalı yayıb. Məlumata görə, Gül koalisiya hökumətinə bir şərtlə başçılıq edər ki, ölkə prezidenti parlamentin işinə müdaxilə etməsin.

Bu arada Türkiyənin hazırki prezidenti Rəcəb Təyyib Ərdoğan hökuməti formalaşdırmaq vəzifəsinin kimə həvalə olunacağını da açıqlayıb: “Hökuməti formalaşdırmaq vəzifəsini siyasi əxlaqımın yol verdiyi şəkildə ən çox səs qazanan siyasi partiyanın liderinə həvalə edəcəyəm. O, hökuməti qura bilməzsə, yenə də siyasi əxlaqımın yol verdiyi şəkildə bu hüququ ən çox səs toplayan ikinci partiyanın sədrinə verəcəyəm”.

Türkiyə prezidenti deyəsən təkrar seçkilərin keçirilməsinin tərəfdarıdır. Ərdoğan koalisiyanın qurulmayacağı halda isə Konstitusiyanın tələb etdiyi şəkildə təkrar seçki keçirilməsinin labüd olduğunu qeyd edib: “Mən buna erkən yox, təkrar seçki deyirəm. Çünki ölkənin hökumətsiz qalması düşünülə bilməz. Həmçinin investisiyaların və beynəlxalq əlaqələrin qırılmaması üçün hökumətin tezliklə qurulması vacibdir".

Ərdoğan Türkiyə Böyük Millət Məclisində yer alan dörd partiyanın liderləri ilə görüşəcəyini bildirib. O, görüş üçün dörd partiya sədrini növbəti həftə ayrı-ayrılıqda da qəbul edə biləcəyini bəyan edib./ans/
539 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<