Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2015

15 iyunda gözlənilən hava şəraiti

Bakıda hava şəraiti dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, iyunun 15-də Bakıda və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı proqnozlaşdırılır. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 15-də hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam dağlıq rayonlarında şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-26 dərəcə isti olacaq.
549 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02
İran