Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2015

Gürcüstanda İŞİD liderinin qohumu tutuldu

Gürcüstan Daxili İşlər Nazirliyi Pankisi dərəsində xüsusi əməliyyat keçirib.

Bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumata görə, Pankisi dərəsində yaşayan yerli sakinlərin Suriyaya göndərilməsində əli olan 5 nəfər həbs olunub.

"Rustavi 2" televiziyası xəbər verib ki, əməliyyat nəticəsində İŞİD liderlərindən biri olan Tarxan Batirşvilinin yaxın qohumu və İŞİD-in Gürcüstandakı nümayəndəsi adlandırılan Qayoz Borçaşvili saxlanılıb.

Pankisidən başqa, Tiflisdə də xüsusi əməliyyatın keçirildiyi bildirilir. Gürcüstanın daxili işlər nazirinin əməliyyatla bağlı geniş açıqlaması gözlənilir./apa/
464 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber