Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2015

Cənubi Koreya: MERS virusu can alır

Cənubi Koreyada MERS virusu qurbanlarının sayı bazar günü 15-ə çatıb.

Bu barədə yerli rəsmilər xəbər verib.

Bazar günü Cənubi Koreya Səhiyyə Nazirliyi əlavə daha 7 yoluxma hadisəsinin baş verdiyini açıqlayıb. Nəticədə Cənubi Koreyada MERS virusuna yoluxanların ümumi sayı 145-ə çatıb.

AFP agentliyi bildirir ki, Yaxın Şərq respirator sindrom (MERS) virusundan sonuncu ölüm halı Cənubi Koreyanın Pusan şəhərində qeydə alınıb.

Koronovirus xəstəliyi diaqnozu 62 yaşlı kişidə iyunun 7-də müəyyən edilmişdi. Məlumata görə virusa yoluxma hadisəsi paytaxt Seulun "Samsunq" tibbi mərkəzində qeydə alınmışdı. Bu mərkəz Cənubi Koreyada virusun yayılma episentri sayılır. Həmin xəstəxanada ümumilikdə 70 nəfər MERS virusuna yoluxubmuş./ans/
567 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:50