Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2015

Koalisiya söhbətinə müdafiə naziri də qatıldı

Türkiyədə ötən həftə keçirilən parlament seçkisindən sonra yaranan koalisiya müzakirələrinə milli müdafiə naziri İsmət Yılmaz da qatıldı. Nazir Yılmaz ən çox səs toplamış partiya kimi koalisiya qurmaq öhdəliyinin AKP-də olduğunu deyib. Bütün partiyalarla səmimi şəkildə görüşəcəklərini deyən Yılmaz, millət hansı partiya ilə istəsə həmin partiya ilə koalisiya hökuməti quracaqlarını qeyd edib.

“Əziz millətimiz 41% səs verərək, yenə də hökuməti qurmaq öhdəliyini birinci dərəcədən sizə verirəm – dedi. Geridə qalanlar ancaq üçü bir yerə toplaşsa hökumət ola bilər. AKP isə hər bir partiya ilə ayrı-ayrı görüşsə koalisiya qura bilər. Digər partiyalar elə deyil. İkisinin bir araya gəlməsi koalisiya üçün kifayət etmir. Hökmən üçüncü partiyaya ehtiyac var. Yəni, yeni hökuməti qurmaq öhdəliyi AKP-dədir. Çox səmimi olıaraq bütün partyalarla görüşəcəyik və bu əziz millət hansı partiya ilə koalisiya qurmağımızı istəsə həmin koalisiya üçün əlimizdən gələni edəcəyik. Çünki əsas vəzifəmiz bu millətə xidmət etməkdir. Amma tutaq ki, hər üç partiya da “sizinlə koalisiya qurmuruq” desə, bütün yaxşı niyyətimizə baxmayaraq bu əziz millətə deyəcəyik ki, bu düyünü siz vurdunuz, bizə hökuməti qurmaq öhdəliyini verdiniz, amma digərləri küsdüm, oynamıram deyirsə, o zaman üzümüzü sizə tutub deyəcəyik ki, bu düyünü açın”./ans/
516 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi