Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2015

Bundestaqın qərarı domino effekti verə bilərmi?

Almaniya parlamentində Azərbaycanla bağlı qaldırılan məsələnin AB-nın digər ölkələrində də müzakirəsi mümkündür

Bir neçə gün öncə Almaniya Bundestaqında “Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək” adlı qətnamə qəbul edildi. Sənəddə Almaniya hökuməti Azərbaycanda insan haqlarının vəziyyətinin yaxşılaşdırılması, siyasi məhbusların azadlığa buraxılması üçün təcili addımlar atmağa çağırıb.
Qətnamədə vurğulanıb ki, Azərbaycanda 2013-cü ildə keçirilən son prezident seçkisindən sonra insan haqlarının vəziyyəti kəskin şəkildə pisləşib. Rejimi tənqid edən şəxslərin bir hissəsi ölkəni tərk etmək məcburiyyətində qalıb, bir qismi dəhəbsxanaya salınıb: “Azərbaycan demək olar ki, insan haqlarının müdafiəs ilə bağlı bütün əsas beynəlxalq konvensiyalara qoşulub. Məsələn, 2002-ci ildə İnsan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasını ratifikasiya edib. Bununla da Azərbaycan öz üzərinə fundamental hüquqların qorunması, insan haqlarının müdafiəsi, demokratik və konstitusion normalara riayət olunmasıyla bağlı öhdəlik götürüb. Buna baxmayaraq, Azərbaycanda insan haqları, xüsusən söz və mətbuat azadlığı, dini etiqad azadlığı, sərbəst toplaşma azadlığı, birləşmə azadlığı sistemli şəkildə pozulur. Son vaxtlar Almaniyanın kansleri, xarici işlər naziri, Ombudsman Azərbaycanda insan hüquqları və humanitar yardım sahəsində çatışmazlıqları açıq şəkildə dilə gətirib. Bu həm də İlham Əliyevlə görüş zamanı baş verib.
Azərbaycanda hakimiyyətin repressiyaları müstəqil fikirli hüquq müdafiəçiləri, vəkillər, jurnalistlər, bloggerlər və siyasi fəallara qarşı yönəlib".
Beynəlxalq təşkilatlarla, Avropa strukturları ilə əməkdaşlıq edən şəxslərin repressiyaların hədəfinə çevrildiyinin altının cızıldığı sənəddə qeyd edilir ki, belə adamlar mütəmadi olaraq, qurama ittihamlarla uzun müddətli həbs cəzalarına məhkum edilir."Əldə olunan məlumatlara görə, siyasi məhbuslar çox ağır şəraitdə saxlanılır, pis davranışa məruz qalır, ehtiyac olduğu halda, tibbi xidmətdən məhrum edilir. Tənqidçi səslər həbs edilməklə susdurulur. “Human Rights Watch”, “Amnesty İnternational”, “Sərhədsiz Reportyorlar” kimi beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycanda çoxsaylı siyasi məhbusların olduğunu bildirir. Avropa institutları da bu vəziyyətlə əlaqədar narahatlığını ifadəedib", deyə qətnamədə vurğulanır.
Sənəddə eyni zamanda bir sıra çağırışlar da edilib. Birmənalı olaraq vurğulanır ki, Azərbaycanda strateji enerji tərəfdaşı olan Avropa Birliyi imkandan həmin ölkədə insan hüquqlarının vəziyyətini yaxşılaşdırmaq üçün istifadə etməlidir.
Almaniya parlamentindəki müzakirələrin həm iqtidar, həm də müxalifət tərəfindən müsbət qarşılanması maraq doğuran məqamdır. Eyni zamanda ona da diqqət yetirmək lazımdır ki, Almaniya AB ölkələrinə çağırış da edib. Və bu onu deməyə əsas verir ki, Almaniyanın qərarı AB ölkələrində Azərbaycanla bağlı domino effekti yarada bilər. Çünki AB-nın əsas aparıcı ölkəsi olan Almaniyada Azərbaycana qarşı münasibət birmənalıdır.
Ekspertlər hesab edir ki, Azərbaycan hakimiyyətinin apardığı repressiya siyasəti tədricən də olsa yüksək beynəlxalq səviyyələrdə adekvat qiymətini almaqdadır. Əgər əvvəllər beynəlxalq aləmin nüfuzlu mətbuat orqanları və mötəbər beynəlxalq təşkilatlar bu repressiyaları pisləyən mövqedən çıxış edirdisə, hazırda dövlətlər səviyyəsində bu məsələlərə münasibət bildirilir. Son dövrlərdə beynəlxalq mətbuat və təşkilatlar Qərb hökumətlərini Azərbaycandakı repressiyalara münasibətdə adekvat reaksiya göstərməməkdə ittiham edirdi. Hakimiyyətin uzun müddət ərzində repressiyaları dayandırmaqla bağlı beynəlxalq çağırışlara mənfi reaksiya verməsi artıq Almaniya kimi Avropa Birliyinin lokomotivi olan dövləti də ciddi addımlar atmağa vadar etməkdədir. Ekspertlərə görə, Avropa Birlyiinin siyasi və iqtisadi həyatında olduqca böyük rol oyanayan Almaniya parlamenti səviyyəsində Azərbaycandakı repressiyaların arxasında hakimiyyətin dayandığı və bu represiyaların durdurulmasının zəruriliyi təsbit olundu. Almaniyanın bu addımının Avropa Birliyinə daxil olan digər ölkələrin də Azərbaycandakı repressiyalara bundan sonra sərt münasibət göstərəcəyi qaçılmazdır. Ekspertlərə görə, etiraf etmək lazımdır ki, Avropa Birliyinə daxil olan dövlətlərin rəhbərlərinin Avropa Oyunlarına gəlməməsi məsələsi məhz Almaniyanın qərarından sonra baş verdi. Azərbaycan hakimiyyəti repressiya siyasətinə son qoymayacağı təqdirdə birlik ölkələri ilə münasibətlərin normallaşdırılması mümkün olmamasını adekvat qiymətləndirməsi çox vacibdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın ən böyük iqtisadi tərəfdaşı məhz Avropa Birliyi ölkələridir./azadlıq/
518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:50