Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2015

Saakaşvilidən Odessa ilə bağlı mühüm qərar

Odessa Vilayət Administrasiyasının rəhbəri Mixail Sakaşvili Ukrayna Hərbi-Dəniz Qüvvələrinin (HDQ) Odessada yerləşdirilməsi haqda qərar verib. Bu barədə o, Odessa regionunu strateji sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, səhər o, Ukrayna HDQ-nin flaqmanı olan “Getman Saqadaçnıy”a baş çəkib. “Bu gün biz Müdafiə Nazirliyi ilə birgə qərar qəbul elədik ki, HDQ-nin qərargahı Odessada yerləşsin” - deyib Saakaşvili və qərarın prezident Pyotr Poroşenko tərəfindən də bəyəniləcəyinə ümid etdiyini söyləyib.

Odessada regionun strateji inkişafına dair strateji sessiya keçirilir. Sessiyada 600-dən çox ictimai fəal, ekspert, iş adamları, mədəniyyət xadimləri, yerli özünüidarə orqanlarının nümayəndələri iştirak edirlər.

Sessiya Saakaşvilinin təşəbbüsü, “Nova Ukraina” Vətəndaş Platformasının dəstəyi ilə keçirilir./musavat/
614 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.17, 08:30
&