Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2015

Natiq Cəfərli: “8 aydır ölkədən çıxışıma qadağa qoyulub“


REAL Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli 8 aydır ölkədən buraxılmır

Bu barədə məlumatı Natiq Cəfərlinin özü yayıb.

Natiq Cəfərli Gürcüstanda baş verən təbii fəlakətə münasibət bildirərkən bu məlumatı paylaşıb: "Gürcüstanda baş veren faciəyə görə üzüldüm, Allah ölənlərə rəhmət eləsin, yaralı olanlara şəfa, gürcü xalqına sebr versin!

Mən əslən Gürcüstanlıyam, artıq 8 aydır ki, məni ölkədən buraxmırlar, 8 aydır ki, orada yaşayan qohumlarımın toyunda-yasında iştirak edə bilmirəm. Baş Prokurorluğa 3 dəfə rəsmən müraciət etsəm də, "ölkədən çıxmağıma niyə qadağa qoyulub", sualına cavab ala bilməmişəm."

Natiq Cəfərli daha sonra qeyd edir ki, ümid edirəm bu absurd qadağa tezliklə götürüləcək:"Qadağa olmasaydı indi Tiflisə gedər, onlara dəstək olardım, ən çox da zooparkın yenidən qurulmasında könüllü çalışardım..."/qaynar/
518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber