Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2015

Salyanda 30 min borcu olan poçt müdiri yoxa çıxıb

Salyanda üst-üstə 30 min borcu olan poçt müdiri yoxa çıxıbSalyan rayonun II Varlı kənd poçt şöbəsinin müdiri Əyyub Cəfərov iyun ayının 1-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Hazırda 53 yaşlı Ə.Cəfərovun axtarışları ilə yaxınları ilə yanaşı polis də məşğul olur.

Kənd sakinləri virtualaz.org saytının Şirvan bürosunun müxbiri ilə söhbətlərində Əyyub Cəfərovu sakit təbiətli bir adam kimi tanıdıqlarını, onun uzun müddət kənd icra nümayəndəliyində mühasib işlədiyini dedilər.

Kənd sakinlərinin bildirdiyinə görə, Ə.Cəfərovun ayrı-ayrı şəxslərə və banklara üst-üstə 30 min manata yaxın borcu olub, amma bu borcları qaytara bilmirmiş. Bu səbədən keçirdiyi stress ucbatından 3 ay əvvəl onun səhhətində nevroloji problemlər yaranıb, dinib-danışmırmış, özünə qapanıbmış. Ev şəraitində müalicə də olunurmuş. İyunun 1-də isə yaxınlarına bir söz demədən evdən çıxıb və elə o vaxtdan da ondan bir xəbər yoxdur.
489 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı