Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2015

Ərəbistanın kralı Məlik Salmanla bağlı yeni ifşalar!

Nur-az.com shia-news.com-a istinadən:
Twitter ictimai şəbəkəsində fəaliyyət göstərən ərəbistanlı «müctəhid» ləqəbli siyasi fəal Ərəbistanın sabiq kralı Səud bin Əbdüləzizin nəvəsi şahzadə Səud bin Seyf əl-Nəsrə istinadən açıqlayıb ki, artıq hakim klan iqtidarın başında dəyişikliklə bağlı qəti qənaətə gəlib və bu indiki kral Məlik Salmanın beyin və şüurundakı nasazlıqla əlaqədardır. O hətta hal-hazirda rəsmi vəliəhd sayılmayan şahzadə Əhməd bin Əbdüləzizi mövcud şəraitdə ən münasib canişin adlandıraraq deyib ki, həddi-hüdudlar pozulduğu, haqlar tapdalandığı, büdcənin dağıdıldığı və ölkənin stabilliyini itirdiyi bir zamanda pənah Allahdan sonra yalnız Əhməd bin Əbdüləzizədir.
Hal-hazırda Əhməd bin Əbdüləziz də, Ərəbistanın rəsmi vəliəhdi Məhəmməd bin Nayif və canişini Məhəmməd bin Salmanla beyətdən imtina edərək özünü haqq vəliəhd və canişin hesab edir.
«Müctəhid» onu da, qeyd edib ki, tezliklə Məlik Salmanın beyin və şüur qabiliyyətinə dair vəziyyəti haqda dəqiq məlumat veriləcək. Odur ki, müdafiə naziri vəzifəsini daşıyan kral oğlu Məhəmməd bin Salmanın özbaşınalıqları da, hakim klan arasında ciddi təşvişə səbəb olub.
Qeyd edək ki, Məlik Salmanın kral seçildiyi ərəfələrdə bir sıra xarici informasiya vasitələri onun yaddaşında huşsuzluğu və ürək xəstəliyinə tutulduğu haqda məlumat yaymışdı.
648 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:26