Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2015

Suriya qırıcıları Həmada 100-ə yaxın terrorçunu məhv edib

Suriya Hərbi-Hava Qüvvələrinə məxsus qırıcılar ötən gün ölkənin mərkəzi əyaləti olan Həmanın ət-Taminə rayonu ərazisində silahlı qruplaşmaların liderlərinin toplantı keçirdiyi obyekti hədəfə alıb.

SalamNews-un "FarsNews"a istinadla verdiyi xəbərə görə, hava zərbəsi toplantı məkanı haqqında dəqiq kəşfiyyat məlumatlarının daxil olmasından sonra həyata keçirilib.

Silahlıların "Cəmil Saleh" adlı əməliyyat komandanlığına endirilən hava zərbəsində 100-ə yaxın silahlı məhv edilib ki, onlar arasında çoxsaylı qruplaşma komandirləri var.

Ötən sutka ərzində Suriyanın İdlib əyaləti də şiddətli qarşıdurmaların şahidi olub.

SANA agentliyi İdlibdə su anbarına hücuma keçən "Ceyşul Fəth"in onlarla üzvünün məhv edildiyini xəbər verib.

Homs şəhərində isə iki partlayış törədilib. İçərisində mina yerləşdirilmiş avtomaşın və bir bombanın şəhərdə partladılması nəticəsində 30 nəfər xəsarət alıb.
570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:07