Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2015

Qızıl ordu əl-Rəmadi şəhərinin azadlığı əməliyyatına tam hazırdır!

Nur-az.com shia-news.com-a istinadən:
İraq qızıl ordu komandiri müavini Əbdüləmir Xəzrəci bildirib ki, bizim qoşunlar əl-Rəmadinin azadlığı əməliyyatına tam hazırdır. Deməliyəm ki, əldə etdiyimiz yeni tipli silah və döyüş təchizatı əməliyyatların daha səmərəli və operativliyinə imkan verəcək. Hal-hazırda biz əməliyyat əmrini gözləyir, dövlət və xalq qüvvələrinə qoşulmağa hazır vəziyyətdə durmuşuq.
Hələ bundan əvvəl 30 mayda İraq müdafiə nazirliyi tərəfindən əl-Rəmadinin mühasirəsi ilə bağlı qoşunların terrorist ünsürlərin aradan çıxa biləcəyi koridorları kəsdikləri haqda məlumat verilmişdi.
Bununla belə hələlik informasiya vasitələri məntəqə üzrə əməliyyata dair ciddi bir hərəkətin müşahidə olunmadığını bildirirlər.
561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber