Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2015

AzTV Heydər Əliyevdən imtina etdi...

Bu gün bu telekanalda ekranın küncü şəkilsiz qalıb

Bakıda ilk Avropa Oyunları ərəfəsində hakimiyyətin küçələrdən, yeraltı keçid və körpülərdən Heydər Əliyevin portretlərini, eləcə də Əliyevlərdən sitat gətirilən “kəlam”ları yığışdırması məlumdur. Ancaq dünən buna bənzər daha maraqlı bir hadisə baş verib. 15 iyun - H.Əliyevin adı ilə bağlı Qurtuluş günündə AzTV və AzTV-nin “İdman Azərbaycan” kanallarında ekranın güncündə “ulu öndər”in fotosu verilməyib. Özəl yerli telekanallar isə “ənənə”ni pozmayıblar...

Bununla hakimiyyət bir daha etiraf edib ki, H.Əliyevin ifrat təbliğatı avtoritarizmin əlamətidir və Avropanın qarşısına bu qiyafədə çıxmaq olmaz. Bəs, digər kanallar H.Əliyevin portretini verdiyi halda, niyə AzTV və “İdman Azərbaycan” bundan imtina etməli olub? Səbəb budur ki, Avropa Oyunları yerli kanallardan yalnız AzTV və “İdman Azərbaycan” vasitəsilə canlı yayımlanır. Deməli, Avropada və digər ölkələrdə, elə Azərbaycanda da olan əcnəbi idman azarkeşləri Avropa Oyunlarını bu dövlət kanalları vasitəsilə izləsələr, o zaman H.Əliyevin fotosu lağ obyektinə çevrilə bilər.

Onu da bildirək ki, dünən AzTV-nin saat 14.00 radələrində efirə gedən xəbərlərində Qurtuluş günü ilə bağlı süjet 3-cü sırada verilib. Təbii ki, ön sıralarda Avropa Oyunları ilə bağlı xəbərlər olub. Həm də Avropa Oyunları ilə bağlı ilk iki xəbər cəmi 30 dəqiqə çəkibsə, Qurtuluş günü haqda süjetə isə 4 dəqiqə vaxt ayrılıb... Daha sonrakı süjet isə Leyla Əliyevanın “Tullantıdan sənətə” adlı tədbirinə həsr edilib və 8 dəqiqə davam edib. Yəni, indiyədək xalqımıza onun qurtulduğu gün kimi sırınan bayramla bağlı süjetin vaxtından iki dəfə çox...

Beləliklə, adi günlərdə H.Əliyevin təbliğatı ilə xalqımızı boğaza yığan hakimiyyət, avropalılara gəlincə isə bu bayağılığı onlara yaraşdırmayıb.

Qeyd etmək lazımdır ki, əsl qurtuluş Əliyevlər ailəsindən qurtaranda olacaq...
560 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı