Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2015

CHP-dən açıqlama: "Ərdoğan 18 millət vəkili almaq istəyir"

Türkiyədə iyunun 7-də keçirilən parlament seçkilərində təkbaşına hökumət qurmaq imkanını əldən verən hakim AKP yetərsayı əldə etmək üçün ehtiyacı olan 18 millət vəkilini başqa partiyalardan transfer edə bilər.
Virtualaz.org saytı xəbər verir ki, hazırda Türkiyə siyasi dairələrində bu ehtimal ciddi müzakirə olunur. Məsələyə münasibət bildirən CHP baş katibi Gürsel Telin AKP-nin yenidən təkbaşına iqtidar olmaq üçün hər şeyə əl ata biləcəyini deyib.
“Bizim üçün namus anlayışı çox əhəmiyyətlidir. Heç kimin millət iradəsi ilə aldığı mandatı, millətin iradəsini, öz namusunu bazara çıxarıb satacaq qədər alçaq düşüncə içində olmasını düşünə bilmirəm. CHP-də belələri qətiyyən ola bilməz. Ancaq MHP və HDP-də olacağına da milyonda bir ehtimal verə bilmrəm. AKP iqtidarda qalmaq üçün insanları sadəcə pulla deyil, başqa şeylərlə də sıxışdıra bilər. Hər cür çirkin yollara əl ata bilərlər. Ancaq AKP üçün 30-40 milyon dollar heç nədir. Haram iş adamlarının gələcəyi ortaya qoyulub. Haram iş adamları bu işə hazırdır. Pullar Qətərdə, Azərbaycanda hazırdır” - Gürsel Tekin bildirib.
419 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber