Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2015

Yəmən ordusu Ərəbistanın Cəvf şəhərində nəzarəti təmin etdi

Ənsarullah Hərəkatı qüvvələri və Yəmən ordusu ölkənin şimalında Səudiyyə Ərəbistan ilə sərhəddə yerləşən Cəvf əyalətinin mərkəzi şəhəri sayılan Əl-Hazmda nəzarəti təmin edib.

Ənsarullah qoşunları və ordu qüvvələri bu gün Əl-Hazm şəhərində terrorçularla girdikləri qarşıdurmadan sonra şəhər terrorçulardan tamamilə təmizlənib.

Geniş bir əraziyə malik olan Əl-Hazm şəhəri Səudiyyə Ərəbistanı ilə sərhəddə olduğu üçün böyük strateji əhəmiyyət daşıyır.

Verilən xəbərələrə əsasən, Səudiyyə qüvvələrinin Yəmənin cənubundakı Ləhəc əyalətində ictimai binalar və yaşayış məntəqələrini raketlə hədəfə aldığı hücumlarda 1-i uşaq olmaqla ən azı 9 nəfərin yaralandığı ifadə olunub.

Səudiyyə döyüş təyyarələrinin Yəmənin cənubundakı Taiz əyalətinə təşkil etdiyi hava hücumunda da ən azı 7 nəfərin həlak olduğu vurğulanıb.

Yəmən qoşunları da Səudiyyə döyüş təyyarələrinin təşkil etdiyi hücumların müqabilində onlarlaraket və artilleriya hücumu ilə Zəhranın mərkəzində yerləşən Əl-Cəhfa hərbi bazasını hədəf alıb.

Ənsarullah qoşunları və ordu birlikləri, Əlib bölgəsinə də raket zərbələri endirib. Bələt Komandanlıq Mərkəzinə 3 raket zərbəsi endirildiyi və Səud əsgərlərinin bazadan qaçmağa başladığı qeyd olunub./deyerler/
571 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber