Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2015

16 iyunda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtima olunur. Şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-22˚, gündüz 27-32˚ isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 16-da əksər rayonlarda hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 17-22˚, gündüz 30-35˚, dağlarda gecə 10-15˚, gündüz 19-24˚ isti olacaq.

İyunun 17-18-də Bakıda və Abşeron yarımadasında iyunun 17-18-də şimal küləyi üstünlük təşkil edəcək. Azərbaycanın bölgələlərində isə şərq küləyi arabir güclənəcək.
592 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07