Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2015

Buş prezidentlik üçün ilk addımını atdı

Sabiq ABŞ prezidenti ata Corc Buşun ikinci oğlu Ceb Buş prezidentlik kampaniyasına rəsmi olaraq start verib.

Keçmiş Florida qubernatoru Ceb Buş ötən gün Mayamidə prezidentliyə namizədliyini elan edərək Respublikaçılarn 11-ci namizədi olub.

Buş öz seçki kampaniyası üçün geniş məbləğdə vəsait toplayıb və iddialı namizəd hesab olunub.

Mayami mitinqində seçiciləri qarşısında ingiliscə və ispanca danışan Ceb Buş hər nə dildə olursa-olsun, mesajının xoş niyyətli olacağını vurğulayıb.

O, ölkənin çox pis vəziyyətdə olduğunu və hakimiyyətə gələcəyi təqdirdə hər şeyi qaydaya salacağını vəd edib.

Ceb Buş hazırkı president Barak Obamanın siyasətini də tənqid etməkdən çəkinməyib.

Qeyd edək ki, Buşun böyük oğlu Corc Volker Buş da 2001-2009-cu illərdə ABŞ prezidenti olub./ans/
518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber