Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2015

AKP-nin koalisiya arzusu: spikerliyi o partiyaya verəcək

Türkiyədə keçirilən parlament seçkisində 41% səs toplayaraq birinci olan Ədalət və İnkişaf Partiyasında (AKP) koalisiya variantları üçün məsləhətləşmələr davam edir. Ötən həftə partiyanın təsisçiləri və rayon təşkilatları ilə görüşən AKP-nin sədri Əhməd Davudoğlu bu həftə köhnə və yeni millət vəkilləri ilə görüşəcək. Toplantılarda AKP-nin səs itirməsinin səbəbləri ilə yanaşı koalisiya qurulacaq partiyalar barədə də məsləhətləşmələr aparılır. Gündəmdə əsasən Cümhuriyyət Xalq Partiyası (CHP) ilə Milliyətçi Hərəkat Partiyası (MHP) olsa da AKP üzvlərinin MHP ilə koalisiya fikrinə daha müsbət baxdığı bildirilir.

Seçki nəticələrinin bu həftə rəsmi qəzetdə yayımlanmasına qədər AKP-nin hansı partiya ilə koalisiya quracağına qərar verəcəyi gözlənilir.

Ankara kulvarlarında dolaşan məlumatlara görə, AKP ilkin olaraq MHP ilə görüşməyə cəhd edəcək. Məxfi aparılan qeyri-rəsmi müzakirələrdə parlament spikerliyinin və bəzi nazirliklərin MHP-yə veriləcəyi iddia olunur./ans/
497 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı