Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2015

İŞİD-in zəbt etdiyi strateji şəhər suriyalı kürdlərin nəzarətinə keçib

Suriyalı Kürd silahlı dəstələri Suriyanın strateji Tel Əbiz şəhərini İŞİD qruplaşmasından azad edib. Kürd silahlı dəstələrin komandirlərindən birinin verdiyi xəbərə əsasən, terrorçular çoxlu itkilər verərək geri çəkilməyə məcbur olublar. Şəhəri tərk etməzdən əvvəl onlar bir çox binanı və küçələri minalayıblar. Şəhəri istehkamçılar tərəfindən təmizləyənədək sakinlərə evləri tərk etməmək tövsiyə edilib.

Tel Əbiz şəhəri hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir. Şəhərin İŞİD qruplaşmasından azad olunması nəticəsində Türkiyə sərhədindən İŞİD-in paytaxtı Rakka şəhərinə aparan yol tam nəzarətə alınıb.
534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber