Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2015

Orduda daha iki intihar xəbəri

Ordumuzda daha iki əsgərin ölümü haqda məlumatlar almışıq. Məlumatlardan biri Tovuz, digəri Gədəbəydəndir.

Yerli mənbələrdən azadliq.info-ya daxil olan məlumata görə, Tovuzun Qaralar kəndində yerləşən bölükdə Tapdıqov soyadlı əsgər özünü öldürüb. Əsgərin hansı şəraitdə intihar etdiyi haqda heç nə deyilmir. İntiharın səbəbi kimi isə məlumatda deyilir ki, əsgər komandirləri tərəfindən incidilib. Bildirilir ki, Ağdaş rayonundan olan Tapdıqov məzuniyyətdən hərbi hissəyə yenicə qayıdıbmış.

Gədəbəydən aldığımız məlumatda isə bir əsgərin özünü asdığı deyilir. İntiharın səbəbi kimi əsgərin çox ağır formada fiziki zorakılığa məruz qalması göstərilir. İntihar edən əsgərin ad-soyadını öyrənmək mümkün olmayıb.

Hər iki hadisə barədə əlavə məlumatlar almağa çalışacağıq.
636 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz