Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2015

Masallıda kütləvi aclıq davam edir

Ziyalılar icra başçısına qarşı sona qədər mübarizə aparmaqda israrlı olduqlarını bildirirlər

Masallı ziyalılarının aclıq aksiyası davam edir. “Masallı Ziyalıları” Ictimai Birliyinin sədri Məmmədağa Eynullayev “Azadlıq”a bildirib ki, bir neçə ziyalı səhhətindəki problemə görə aksiyanı dayandırıb. “Ümumilikdə 120 nəfər aksiyaya başlamışdı. Onlardan 10-a yaxını aksiyanı dayandırmaq məcburiyyətində qalıb. Aksiya müddətsizdir. Biz icra başçısı Rafil Hüseynovun qanunsuz əməllərinə son qoyulması üçün mübarizə aparırıq. Sona qədər mübarizə aparmaqda israrlıyıq”,- deyə Məmmədağa Eynullayev bildirib.
Onun sözlərinə görə, hələ ki, yerli rəhbərlik aksiyaya müdaxilə etməyib, iştirakçılara hər hansı təzyiq yoxdur: “Aksiyanı hər kəs öz evində keçirir. Ona görə müdaxilə məsələsi bir qədər müşküldür. Hələlik iştirakçılara təzyiq də yoxdur. Lakin istisna deyil ki, Masallı rəhbərliyi bunun qarşısını almağa cəhd etsin”.
Xatırladaq ki, Masallı ziyalıları rayonun icra başçısı Rafil Hüseynovun qanunsuzluqları ilə bağlı dəfələrlə ölkə başçısı Ilham Əliyevə müraciət ediblər. Lakin heç bir nəticəsi olmayıb.
545 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber