Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2015

Vaqonda yaşayan Masallı sakininin harayı

Humay Vəliyeva: “Mənim şikayətimə baxan olacaq, ya mən vətəndaşlıqdan imtina edim?”

“60 manat pulla övladlarımı saxlayım, ya işıq idarəsinin qanunsuz olaraq yazdığı 250 manat cəriməni ödəyim?!”


Masallı rayon Əhmədli Kənd sakini Vəliyeva Humay Vəli qızı tərəfindən redaksiyasına şikayət məktubu daxil olib. Müəllif Masallıda baş alıb gedən qanunsuzluqlardan şikayət edir:
“Masallı rayonunda özbaşınalıq baş alıb gedir. Əmək və Əhalinin Sosial Müdafiəsu Fonundu tərəfindən 8 inəyi olan, Rusiya şəhərində yaşayan şəxsə 200 manat ünvanlı sosial yardım təyin olunur. Çünki maddi maraq var, 50/50-yə razılaşırlar. İmkanı olmayan şəxsi isə süründürərək 60 manat ünvanlı sosial yardım yazırlar. Bəzi imkansız ailələr isə bir ildən yuxarıdır ki, növbə gözləyirlər. Belə faktlar çoxdur. Şikayət olunsa da, baxan yoxdur”.
Vaqonda yaşadığını deyən Humay Vəliyeva yazır ki, 2012-ci ildə işıq sayğacı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb:
“Həmən vaxtda Masallı rayon işıq idarəsinə və polis bölməsinə yazılı müraciət etdim. Masallı Rayon işıq idarəsinin həmən vaxtdan 2015-ci ilin mart ayına kimi sayğac qoymaq imkanı olmamışdır. 2015-ci ilin mart ayında vaqonuma sayğac gətirib qoyublar. Aprel ayının əvvəlində 250 manat cərimə yazaraq işıq xəttimi kəsiblər. Artıq 3 illdir ki, 2 azyaşlı uşağımla şam ışığında vaqonda yaşayıram”.
Şikayətçi bildirir ki, məlum məsələ ilə bağlı icra başçısının qəbulunda olub:
“Masallı rayon İcra Hakimiyyətinin qəbulunda olmuşam. Mənə deyiblər ki, get başına çarə qıl. Sayğacım olduğu vaxtlarda hər ay 1 manat, 2 manat, ən çoxu 3 manat pul yazıb. Masallı rayon işıq idrəsinin maddi marağı yox idisə, nə üçün indiyə kimi sayğac qoymamışdır?! 10 dəqiqənin içində isə 250 manat cərimə yazır”.
Humay Vəliyeva deyir ki, ayda cəmi 60 manat sosial yardım aldığı halda 250 manatlıq cəriməni ödəmək imkanı yoxdur:
“Mən 60 manat ünvalı sosial yardım alıram. 2 azyaşlı övladım var. 60 manat pulla övladlarımı saxlayım, ya işıq idarəsinin kef üstündən yazdığı 250 manat cəriməni ödəyim?! İndi deyin görüm Masallı rayonunun sahibi varmı? Mənim şikayətimə baxan olacaq, ya mən vətəndaşlıqdan imtina edim?
Xahiş edirəm mənə yol göstərin, 3 ildir körpə uşaqlarımla işıqsız otururam”./muxalifet/
611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi