Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2015

Saxta vətənpərvərlərin cırılmış masqası

Vətəni sevmək yalnız açılış mərasiminin sehrinə düşməklə ölçülmür

Xeyli müddətdir ölkə gündəmini Avropa oyunları ilə bağlı xəbərlər zəbt edib. Demək olar ki, gecə-gündüz telekanallar, ölkə mətbuatı, hakimiyyət komandası bu oyunların təbliğatı ilə məşğuldu. Avropa oyunlarının açılış mərasimi isə xüsusi bir kampaniyaya çevrildi və “papaq” altında yatanları da dilə gətirdi. Saxta vətənpərvərlər həyəcanlandı, bu mərasimi göylərə qaldırdı, qürur hissi keçirdiklərini bildirdilər. Eyni zamanda açılış mərasiminə ağız büzənləri də “vətən xaini” kimi qələmə verdilər.
Qeyd edək ki, Avropa oyunlarının açılış mərasimində müsbət məqamlar var idi. Yəni, sərgilənən performansı bəyənənləri də qınamaq olmaz. Həyatında heç vaxt açılış mərasimi görməyənlər üçün bu mərasim xüsusilə qeyri-adi görünə bilər. Həyatında üzlənmiş binalardan, alov qülləsindən, Bayraq meydanından başqa heç nə görməyən adam üçün, göydən narın düşməsi böyük hadisədi.
Amma məsələnin başqa bir tərəfi də var ki, bu qədər xərcin qarşılığında açılış mərasimi bundan da gözəl olmalıydı. Yəni, bunu bizim gözümüzə hakimiyyətin kəşfi kimi soxmaq lazım deyil. Ən azı ona görə ki, bu mərasimin ərsəyə gəlməsində təkcə Britaniyadan 200 heyət iştirak edib və bütün səhnəciklər əcnəbi beyinin məhsuludur.
Amma bu yazının əsas məqsədi yaltaqların, fürsət gözləyənlərin “vətənpərvərliyi” ilə bağlıdır. Dünənə qədər ölkədə baş verənlərə “mıkk” səsi çıxarda bilməyənlər, siyasətə qarışmayanlar, bütün neqativləri görməzdən gələnlər, indi dövlət və millət qədri bilən çıxıblar.
Əgər bu adamlar doğurdan da səmimidilərsə, dövlətin və millətin maraqları üçün dilə gəliblərsə, o zaman bugünlərdə beynəlxalq araşdırmaçı jurnalistlərin ortaya çıxardığı korrupsiya faktına da münasibət bildirsinlər. Necə ki, Nizaminin personajlarının meydanda fırlanmasına, Sarı gəlinə, göydən düşən nara görə sevinirdilərsə, eləcə də hakim ailənin nəzarətində olan banklara görə kədərlənsinlər. Bəli, vətəndaşa 25-30 faizlə kredit verən, 2.2 milyard zərəri ödəməkdən imtina edən banklar hakim ailəyə məxsusdur. Bu “mərasim vətənpərvər”ləri sübut etsinlər ki, hakimiyyətin köləsi yox, dövlətin xidmətçisidilər.
Necə ki, açılış mərasiminə görə Ilham Əliyevi bütə çeviriblər, eləcə də bu korrupsiya faktlarına görə bu bütü sındırsınlar.
Təbii ki, bunu edə bilməzlər. Çünki, bu adamlar üçün vətənpərvərlik Gül bayramına, Avropa oyunlarına, Eurovision yarışmasına müqəddəslik donu geyindirməkdən ibarətdir. Bəli, bu adamlar hesab edirlər ki, prezidentə yaltaqlanmaq dövlətə xidmətdir. Amma ədalətsizliyə, talançılığa, təhsilsizliyə, hüquqsuzluğa etiraz etmək məqamı yetişəndə, masqaları cırılır və məlum olur ki, əsl vətən xainləri bu adamlardı.
Bəli, bu açılış mərasimi xeyli insanların masqasını da açdı. Bu adamlar ancaq hökumətin cinayətlərini ört-basdır etmək üçün var olurlar. Amma açılış mərasimindəki nar dənələri kimi uçub yoxa çıxacaqlar.
Unutmayın ki, Azərbaycan yalnız olimpiya stadionundan ibarət deyil və vətənin ərazisi 86.6 min kvadrat kilometrdi./azadlıq/
640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:57