Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2015

Əminəm ki, İran-"Altılıq" nüvə anlaşması iyunun 30-dək əldə ediləcək

Əminəm ki, "Altılıq" və İran nəzərdə tutulmuş 30 iyun tarixinədək nüvə anlaşmasını əldə edəcək.

SalamNews-un "Mehr" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Rusiya rəsmisi verdiyi müsahibədə bildirib ki, tərəflərin müzakirələrin müddətini artırmaları qəbul edilmir, çünki anlaşma mümkündür.

İran və beynəlxalq vasitəçilərdən ibarət "Altılıq" arasındakı nüvə müzakirələrinin bitməsinə cəmi iki həftə qalıb.

Müzakirələrə yaxın mənbələr danışıqların uzadılması ehtimalından danışsalar da, tərəfləri təmsil edən rəsmi mənbələr bunu rədd edirlər.
551 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber