Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2015

Bakıda məcburi köçkünlər arasında ölümə aparan dava

Bakının Xətai rayonunda iki tanışın mübahisəsi qətllə nəticələnib.

Xətai rayon Prokurorluğunun müstəntiqi Teymur Qarayevin verdiyi məlumata görə, hadisə iyulun 13-də axşam saatlarında Neapol dairəsində qeydə alınıb.

Həmin ərazidə məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan Ağdam rayonundan məcburi köçkün olan, 1960-cı il təvəllüdlü Malik Abdulla oğlu Xoştərov aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1958-ci il təvəllüdlü Zahid Əşrəf oğlu Abbasovu bıçaqlayıb.

Ağır bıçaq xəsarəti alan Zahid Abbasov yerindəcə keçinib.

Hadisəni törədən M. Xoştərov tutulub. O, ilkin dindirmədə tanışını mübahisə edərkən söyüş söydüyü üçün qətlə yetirdiyini bildirib./ans/
551 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.05.17, 09:19
NÖVBƏTİ İNTİHAR
27.05.17, 09:17
YENƏ İNTİHAR
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA