Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2015

ABŞ gəmisinə hücum edildi

Amerika Birləşmiş Ştatlarında Şell Neft şirkətinin gəmisi hücuma məruz qalıb.

Qazma qurğularını daşıyan gəmiyə hücum edənlər isə ətraf mühitin qorunmasına çalışan fəallar olub. Onlar Şimal Buzlu Okeanında neft hasil edilməsinə qarşı çıxır. Fəallar Şimal Buzlu Okeanda neft quyusunun qazılmasına etiraz olaraq Polar Payoner ekspedisiya gəmisininin irəliləməsinə imkan verməyib. Qayıqlarda olan 27 etirazçı neft buruğunu daşıyan gəmini mühasirəyə alıb. Fəallara mane olmaq üçün aksiyaya sahil mühafizə xidməti və dəniz polisi müdaxilə edib. Dənizçilər aksiya iştirakçılarını qayıqlardan düşürərək onları polis nəzarətinə götürüblər.

Neft buruğunun sahibi olan Şell şirkəti Çukot dənizində yeni neft yatağlarının kəşfiyyatını aparmağa çalışır. Fəallar bu aksiyayla dünya ictimaiyyətini şimal buzlu okeanda baş verə biləcək ekoloji fəlakət barədə xəbərdar etmək istədiklərini deyirlər. Onların fikrincə “soyuq” okeanda neft hasilatının genişlənməsi qlobal istiləşməni daha da sürətləndirəcək. Şell şirkəti isə gəminin artıq Alyaskaya yola düşdüyünü, oktyabr ayına kimi Çukot dənizində qazma işlərinə başlanılacağını bildirib./ans/
532 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP