Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

Əfqanıstanda silahlı toqquşma: 61 ölü, 62 yaralı

Ordu generalı Davud Şah Vəfadar: “Bu hücumda bəzi qonşu ölkələrin də əli var”

Əfqanıstanın Badgis vilayətində Taliban terrorçu qruplaşması ilə ordu qüvvələri arasında baş verən silahlı toqquşmada 61 insan ölüb, 62-si yaralanıb. Badgis millət vəkili Qazi Əbdurrəhim Rəhil terrorçuların hərbiçilərin maşın karvanına təşkil etdikləri hücum nəticəsində silahlı insidentin baş verdiyini və hadisə nəticəsində ölənlərin 56-sının terrorçu, 5-inin isə ordu qüvvələrinin əsgərləri olduğunu bildirib.

Anadolu agentliyinin verdiyi məlumata görə, ordu generalı Davud Şah Vəfadar insident zamanı 47 talibançının və 15 əsgərin yaralandığını bildirib. Hərbi karvana hücum edən terrorçuların sayının mindən çox olduğunu, hətta, onların arasında digər terror qruplaşmalarından da döyüşçülərin olduğunu bildirən Vəfadar, “Bu hücumda bəzi qonşu ölkələrin də əli var” – deyib. Ölən döyüşçülərin arasında Taliban qüvvələrinin məşhur komandirlərin də olduğu, qarşıdurma zamanı motosiklet və maşınlardan ibarət 50 texnikanın ələ keçirildiyi bildirilir.

Taliban tərəfi isə 7 talibanın, 53 əsgərin isə öldüyünü bəyan edib.

Qeyd edək ki bu silahlı qarşıdurma son bir ərzində Badgis vilayətində ən qanlı qarşıdurma sayılır./interaztv/
1560 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:48
''