Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2015

Biləsuvarda axund azandan qorxur

İcra başçısının azan səsini sevməməsi dindarların həbsinə səbəb olub

Biləsuvar rayonunda artıq aylardır ki, dindarlarla axund arasında yaranmış qarşıdurma mətbuatın da marağına səbəb olub.

İslaminsesi.org-a bu barədə şikayət məktubu ilə müraciət edən Biləsuvar dindarlarları 27 ildir Cümə məscidinə axundluq edən Əlifağa Murtuzovun qanunsuz, ədalətsiz əməllərindən bezdiklərini qeyd ediblər.
Ən dəhşətlisi odur ki, Ə.Murtuzovun qanunsuz əməlləri hər zaman cəzasız qaldığından o, günügündən daha da aqressivləşir
Biləsuvar axundunun qanunsuz əməlləri son aylar pik həddinə çatıb. Belə ki, o, azanın səsini azaldıb, məsciddə uşaqlar üçün nəzərdə tutulan dini dərsləri ləğv etdirib.
Şikayətçilər deyir ki, axundun qanunsuz əməllərindən bezdikləri üçün ona etiraz ediblər.
Bu il, aprelin 14-də şam namazına az qalmış dindarlarla məscidin axundu olan Murtuzov Əlifağa arasında yaranmış mübahisə də elə şam namazının azanının zəif verilməsi ucbatından baş verib:
“Azan o qədər zəif səslə verildi ki, hətta biz məscidin həyətində bu səsi eşitmədik”.
Sabahı günü dindarlar axundun yaxın adamı olan Hacı Əkbərə etiraz edəndə onun təhqirlərinə məruz qalıblar”.

Yaranmış narazılıqlar əsl həqiqəti üzə çıxarıb. Sən demə, axunda rayonun icra başçısı Mahir Quliyev azanın səsinin azldılmas ilə bağlı göstəriş verib.
Bu barəddə məscidin axundu Ə.Murtuzov özü danışıb. O, azan səsinin azaldılmasının İcra Hakimiyyətinin sifarişi olduğunu bildirib. Buna görə də, axund özünü əmrə itaət edib, tabe olan şəxs kimi göstərib. Bununla razılaşmayan dindarlar İcra Hakimiyyətinə müraciət edib, məsələnin həll olunmasını tələb ediblər.
Lakin azana olan hörmətsizliyə etiraz edən dindarları icra hakimiyyətinin birinci müavininin göstərişi ilə saxlayıblr.


İsayev Razı, İsayev Məhəmməd, Məmmədov Elvin, Mayılov Yusif, Əhədov Zamiq, Elgün, Ağabala (soyadını yaz) saxlanılanlar arasında olub. Daha sonra dindarları şərti azadlığa çıxarıblar.


Amma ən dəhşətlisi 27 il axund status daşıyan dindarın böhtan atması olub.
Belə ki, islamazeri.az saytına açıqlama verən axund Ə.Murtuzov and-aman edib ki, deyilənlər hamısı şayiədir. O, Azərbaycan İslam Partiyasını (AİP) saxta və qondarma adlandıraraq həmin dindarların bu partiyanın üzvləri olduğunu iddia edib.


Ə.Murtuzov nə qədər acınacaqlı olsa da özünü Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi kimi təqdim edib və etdiyi əməllərin bu idarə tərəfindən tənzimlədiyini bildirib: “Sadəcə mən öz axundluq vəzifəmi icra edirəm.Bizim məsciddə azan QMİ-nin təyin etdiyi təqvimə uyğun olaraq həyata keçirilir”.

Bununla da kifayətlənməyən axund dindarların azana hörmətsiziliyə etdikləri etirazına belə don geyindirib: “Mən itidaryönümlü olduğum üçün onlar mənin qəbul etmir”.
Əsl “dindar” yanaşmasıdır. İslam dinini vasitəyə çevirən belələrinin hələ üstəlik, bir məscidə 27 il axundluq etməsi nəinki anlaşılandır, sadəcə dəhşətlidir.


AİP sədr əvəzi Elçin Manafov isə başçılıq etdiyi partiyaya “dindarın” atdığı şər-böhtanı əsl islamçı kimi sakitliklə qarşılayıb: “İnşallah ki, axundun qəsdi başqa olub, dediyi isə başqa bir şey olub. Yəni, ola bilsin ki, Ə.Murtuzov AİP-i təhqir etmək istəməyib, amma bir az gərgin vəziyyətdə olduğundan özü də istəmədən bu ifadəni işlədib. Biləsuvar rayon Cümə məscidinin axundu Ə.Murtuzovun AİP haqqında bu cür qərəzli danışması yaxşı səslənmədi. Təbii ki, axund da islamçı qardaşımızdır. Amma onu deyim ki, bu partiya bütöv Azərbaycan xalqının İslam Partiyasıdır. Bu, kiminsə şəxsi mülki deyil. Ümumilikdə, hamımızın, bütün azərbaycanlıların partiyasıdır. Ona görə, heç kəsin haqqı yoxdur ki, bu partiyaya artıq-əskik söz desin, təhqir etsin. Odur ki, partiyaya ünvanlanan təhqiramiz ifadələr, hansısa fərdə deyil, bütövlükdə islamçı xalqa ünvanlanır”.

AİP islam dinini “qəbiristanlıq dini” adından xilas etdi


Azərbaycan İslam Partiyasının Təçkilati Məsələlər üzrə sədri Vüqar İbayev isə Ə.Murtuzovun quruma ünvanladığı böhtana belə cavab verdi: “Əlifağa Murtuzov kimilər nə danışdığını bilmir. Bu gün ölkədə hamı yaxşı bilir ki, AİP islam dinini “qəbiristanlıq dini” olmaqdan xilas etdi. Çünki sovet dönəmində islam dinini elə dar çərçivəyə salmışdılar ki, ancaq dəfn mərasimlərində oxunan Quranla, icra edilən ayinlərlə xatırlanırdı.
AİP isə yarandığı ilk gündən bu çərçivəni qırmaqla, dinimizin möhtəşəmliyini ifadə edə bildi. İnsanlara isalmı sevdirməyə çalışdı. Bu mübarizəmiz daim dinimizdən qorxanların və dinimizdən vasitə kimi yararlananların narahatlığına səbəb olub.


Əlifağa Murtuzov da belələrindəndir. Bu adam 27 illik axundluq statusundan möhkəm yapışıb. O, məsciddə dini dərslərin keçrilməsinin, azan səsinin kəsilməsinə, dinə qarşı olan hər şeyyə razıdır, təki vəifəsindən kənarlaşdırılmasın. Təki icra hakimi ndan razı qalsın”.


V.İbayev daha sonra Şeyx Hacı Əhməd ağanı nümunə çəkdi: “Hələ müstəqillik illərinin əvvəlində Azərbaycan İslam Partiyasının yaradıcılarından olan Molla Əhməd ağa 1992-ci ildən İslam Partiyasının Biləsuvar rayonu üzrə sədri vəzifəsində çalışıb. Onu bütün biləsuvarlılar, bütün Azərbaycan sevirdi. Çünki Şeyx Hacı Əhməd ağa üçün islam dəyərləri var idi. O, islamı dəyərləri göz bəbəyi kimi qoruyrdu və sevdirməyi bacarırdı. Bu gün də bu şəxsiyyətin adı çəkiləndə insanların qəlbində ancaq hörmət hissi yaranır. Deməli, biləsuvarlılar yaxşını-pisdən seçməyi də, insanı da, insanlığı da dəyərləndirir. Burda bir məqam var, Əlifağa Murtuzov vəzifəsindən sui-istifadə edərək isamı gözdən salmaqla, rayon əhalisinin etiraz səsinin boğulmasında məmmurlara yardımçı olur. Bax bu məqam da biləsuvarlları özündən çıxarıb və onlar artıq Əlifağa Murtuzovun qanunsuz əməllərinə, üstəlik, dindən vasitə kimi istifadə etməsinə, gözəl dinimizi gözdən salmasına dözə bilmirlər”.


Amma bütün qarşıdurmaların, vur-çatlasının arxasında digər incə məqam da dayanır. Belə ki, rayon sakinləri qış aylarında yolların bərbadlığından, qazın-işığın normal verilməməsindən icra başçısına şikayət ediblər.
İcra başçısı isə rayon sakinlərinin şikayətini araşdırıb tədbir görməkdənsə, onları “dindarlıqda” suçlayıb.
622 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56