Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2015

Türkiyədə hökumət qurulması üçün yeni variant

Türkiyədə Cvümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili koalisiya müzakirələrinin davam etdiyi bir vaxtda qəribə təkliflə çıxış edib. Mandatını almaq üçün Türkiyə Böyük Millət Məclisinə gedən Muharrem İnce hökuməti CHP-nin qurmasını təklif edib.

“AKP (Ədalət və İnkişaf Partiyası) birinci partiyadır. Ölkənin hökumətsiz qalmasını istəmirsə hökuməti biz quraq, AKP bizə dəstək versin”.

Yalova şəhərindən milət vəkili olan Muharrem İnce vaxtından əvəl keçiriləcək seçki barədə də danışıb.

“Bundan qaçılmamalı, qorxulmamalıdır. Onsuzda bundan (vaxtından əvvəl seçki) qorxan partiya uduzar. Meydan oxumayan partiya keçiriləcək seçkidə uduzar”.

Qeyd edək ki, Türkiyədə hər hansı partiyanın tək başına hökuməti qura bilməsi üçün ümumi deputat sayının (550) yarısından bir artıq (276) millət vəkilinə sahib olması lazımdır. Son keçirilən parlament seçkisinin nəticələrinə görə isə CHP-nin sadəcə 132 millət vəkili var. Türkiyə siyasi tarixində millət vəkili kifayt etməyən partiyaların hökumət qurması və bunun başqa bir siyasi partiya tərəfindən dəstəklənməsi kimi təcrübə mövcuddur./ans/
485 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...