Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2015

Bu aktyor Putini sevməyə davam edir

Dünyaca məşhur aktyor jerar Depardye Fransanın “France 2 TV” kanalına müsahibə verib.

Rusiya vətəndaşlığına keçən fransız əsilli aktyor Jerar Depardye bu ölkəyə və prezident Vladimir Putinə olan sevgisini dilə gətirməyə davam edir.

O, ölkəsini çox sevdiyini, lakin orada hər şeyin pis vəziyyətdə və insanların Rusiyadakı ilə müqayisədə çox ümidsiz olduqlarını bəyan edib.

“Fransada bir çox insan prezident kürsüsündə Putin kimi birinin oturmağını istəyərdi”, - deyə J.Depardye bildirib.

2013-cü ildə Rusiya vətəndaşlığını almış fransız aktyoru, bir müddət əvvəl isə verdiyi müsahibələrin birində Rusiya üçün həyatından keçməyə hazır olduğunu vurğulamışdı

Qeyd edək ki, aktyor Fransadakı vergi qanununda olan dəyişikliklərə görə ölkə vətəndaşlığından imtina etmişdi.
548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP