Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

Terrorçular 16 rahibəni oğurlayıb

Radikal silahlılar Suriyanın əl-Məlula rayonunda 16 rahibəni oğurlayıb
Hələbin mərkəzində əl-Cəmiliyyə və əl-Məşariqə rayonlarına düşən raketlər nəticəsində 10 nəfər həlak olub və daha 4 nəfər yaralanıb

İnterAz-ın əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, Radikal silahlılar Dəməşqin şimal-şərqində yerləşən əl-Məlula rayonuna girdikdən sonra, bölgədə kilsələrin birindən 16 rahibəni oğurlayıb. Onlar rahibələri əl-Qələmun yüksəkliklərində yerləşən Yəbrud rayonuna aparıb. Məlumata əsasən, radikal silahlılar rayonu ələ keçirdikdən sonra, oranı qarət edib. Bundan öncə də sözügedən tarixi rayon radikal silahlılar tərəfindən nəzarətə götürülmüşdü kü, hökümət ordusunun müdaxiləsindən sonra, azad edilmişdi.

Ölkədə qarşıdurmalar digər əyalətlərdə də davam edib. Hələbin mərkəzində əl-Cəmiliyyə və əl-Məşariqə rayonlarına düşən raketlər nəticəsində 10 nəfər həlak olub və daha 4 nəfər yaralanıb.

Qarşıdurmalar Dəra (cənub-şərq) və Qunəytərə (cənub) əyalətlərində də davam edib. İlkin məlumata görə, ölkədə son sutkada qarşıdurmalarda 76 nəfərin ölümü qeydə alınıb.
1716 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:29