Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2015

Hakimiyyətin biabırçı mübarizə üsulu

Novruz Məmmədov «Euronews»u nədə ittiham edir?

Son günlər baş verənlər göstərdi ki, Azərbaycan hakimiyyətində tolerantlığın “t”-si, demokratiyanın “d”si belə yoxdur. Yüngül bir tənqid kifayət edir ki, dünənə qədər “qardaş” adlandırdıqlarını “erməni” eləsinlər. Məsələn, Ilham Əliyevin Almaniya səfəri zamanı Angela Merkellə görüşünü böyük hadisə adlandıranlar, bugün Angela Merkeli “qoca qarı”, “ermənipərəst” kimi təqdim edirlər. Bəli, bu hakimiyyət yalnız yaltaqları, məddahları sevir.
Indi də dünyanın əsas informasiya resurslarından hesab olunan “Euronews”u hədəf seçiblər. Hətta telekanllarda bu televiziya kanalını “erməninevs” kimi də təqdim edirlər. Ancaq dünənə qədər bu televiziya kanalına istinadən xəbərlər yayırdılar. “Euronews” Azərbaycandakı inkişafdan danışanda yaxşı idi. Indi tənqidi fikirlər səsləndirəndə “erməni” oldu.
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da “Euronews” televiziya kanalını Bakı 2015 Avropa Oyunlarını passiv işıqlandırmaqda ittiham edib. O, bu barədə öz “tvitter” hesabında yazıb: “Euronews TV kanalı qərəzsiz media orqanı olduğunu göstərə bilmədi. Avropa ölkələrinin idmançılarının iştirak etdiyi möhtəşəm açılış mərasiminə ayırdığı vaxt Euronews-un mahiyyətini ortaya qoydu. Amma bu kanal 2 ”gey"in evlənməsi xəbərini 1 həftə saatda 4 dəfə göstərməyi vacib hesab edir"- deyə Novruz Məmmədov bildirib.
Əvvəla, məlum olur ki, Novruz Məmmədov gün ərzində bu kanala baxır və geylər haqqında verilişə 4 dəfə təkrar baxmaqdan da yorulmur.
Məsələnin ikinci tərəfi bundan ibarətdir ki, hakimiyyətin bu cılız anti-kampaniyası heç nəyə nail ola bilməz. Yəni Novruz Məmmədovun bir “tvit”i ilə “Euronews” imic itirməz. Əksinə, hakimiyyətin nə qədər dözümsüz, tənqidə düşmən olduğu aydınlaşır. Eyni zamanda müşahidə edilir ki, hakimiyyət daxildə yürütdüyü siyasəti xaricə də tətbiq etməyə başlayıb. Necə ki, daxildə haqqını tələb edənlər ləkələnir, eləcə də xaricdən gələn tənqidlər süngü ilə qarşılanır. Ancaq artıq gecdir və bütün dünya bilir ki, bu ölkədə siyasi məhbuslar var, bu ölkədə avtoritar idarəetmə hökm sürür.
Avropa ölkələrinə qarşı düşmənçilik siyasəti indi də aparıcı media orqanlarına qarşı yönəldilib. Küçədə heç kimlə yola getməyən uşaq kimi, hakimiyyət də dünyada hamı ilə düşmən olub.
Guya, “Euronews” bütün planlarını təxirə salıb Avropa Oyunlarını yayınlamalı imiş. Ancaq bu tədbirə, ümumiyyətlə, Avropa liderləri təşrif buyurmadı. 164 təşkilat boykot qərarı verdi.
Necə oldu ki, bütün dünya eyni vaxtda bu hakimiyyətə qarşı qərəzli oldu? Deməli, problem dünyanın qərəzli olmasında deyil, hakimiyyətin dünyadan geridə qalmasındadır.
Çox təəssüf ki, ölkəni idarə etməli olan adamlar özünü idarə etməkdən də məhrum olub.
Bundan sonra ölkədə tolerantlığın, söz azadlığının olduğunu necə sübut etmək olar? Prezident Aparatında oturan adam “Euronews”a qarşı cılız arqumentlərlə silahlanıbsa, bu ölkənin gələcəyi qaranlıq görünür./azadlıq/
685 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı