Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2015

Putin Con Kerrini qorxutdu

Rusiya prezidenti Vladimir Putinin ölkənin strateji nüvə qüvvələri barədə verdiyi açıqlama ABŞ-da narahatlıq yaradıb.

Bu barədə ABŞ dövlət katibi Con Kerri danışıb.

ABŞ rəsmisi deyib ki, Vladimir Putinin bəyanatı onu narahat edir: “Güclü bir dövlətin başçısından belə bəyanat eşidib və bunun nəticələri barədə narahat olmamaq mümkün deyil”,-deyə o bildirib.

Dövlət katibi söyləyib ki, Kreml rəhbərinin açıqlamasını Rusiyanın özünü nümayiş etdirməsi kimi dəyərləndirmək olar.

Qeyd edək ki, Vladimir Putin"Ordu -2015" Beynəlxalq hərbi-texniki forumun açılışında bildirib ki, cari ildə istənilən hədəfi məhv edə biləcək 40-dan çox yeni qitələrarası ballistik raket Rusiya ordusuna veriləcək. Onun bu açıqlaması dünya üçün yeni hədə kimi şərh edilir.
517 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:36