Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Allahin salamı olsun sizə. Bilmək istərdim ki, cehiz üçün yıgılan pula xüms düşür? Hərdən o pulun üstündən etiyac olduguna görə götürülüb xərclənir, amma cehizə yox, amma o pul cehiz niyyəti ilə yıgılır. Yenə də o pula xüms düşür? Allaha əmanət olun
Ad: Sevda, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Cavab:

Bismillahir-rəhmanır-rəhim
Cehiz almaq üçün kənara qoyulan pulun üstündən bir il keçərsə, ona xüms düşür.
Qızın cehizinin neçə il ərzində alınması camaat arasında adət halını daşıyırsa və cehiz almaması (misal üçün vaxtında hazırlaya bilməməsi) isə onun şəninə (şərəf və heysiyyətinə) uyğun deyilsə, bu təqdirdə həmin ilin qazancından, şənindən artıq olmamaq şərtilə müəyyən qədər cehiz alarsa və camaat arasında da bu miqdarda alınan cehiz adi illik xərclərdən hesab edilirsə, xümsünü vermək lazım deyil. 
720 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP