Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2015

Belçika mətbuatı Arif Məmmədovdan yazdı

“Like” Azərbaycanda təhlükəli işə çevrilib

Belçikanın məşhur “La Libre” qəzeti Azərbaycanın Avropa Birliyi və Avropa Şurasında keçmiş nümayəndəsi Arif Məmmədovdan bəhs edən məqaləylə çıxış edib. Məqalədə deyilir:

“Brüsseldə fəaliyyət göstərən Azərbaycanlı diplomat Arif Məmmədov Bakıda 19 mayda baş vermiş yanğın hadisəsinə münasibət bildirərək hökuməti tənqid etdiyinə görə hakimiyyətin dəhşətli qəzəbinə tuş gəlib. Azərbaycan hakimiyyəti onun geri çağırılması haqqında sənədi təmsil etdiyi təşkilata təqdim edib. Hökumətyönlü mətbuat orqanı onun Brüsseldən zorla Bakıya maşının baqajında gətirilməsi təklifi ilə çıxış edib. Daha sonra məlumat yayıldı ki, onun statusunu bəyənən beş diplomat işdən çıxarılıb. İyirmi illik diplomat stajı olan Arif Məmmədov deyir: “Mənə qarşı hər cür böhtanlar atılır. Hətta məni Rusiyaya işləməkdə ittiham edirlər”.
Hazırda Bakıda ilk avrpa Oyunları keçirilir. Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan hakimiyyətini repressiya siyasəti aparmaqda ittiham edir. İlham Əliyev ölkəni ağ əlcəkdə dəmir əllərlə idarə edir.
Arif Məmmədovun başlıca günahı Bakıdakı yanğından sonra hakimiyyət təmsilçilərini qanunsuz əməllərdə ittiham etməsidir.
Azərbaycanın Ukraynadakı səfiri işdən azad edilib. Onun işdən azad edilməsinin başlıca səbəbi Brüsseldə diplomat kimi fəaliyyət göstərən oğlunun Arif Məmmədovun statusunu “like” etməsidir.
Arif Məmmədov deyir : “Mən hakimiyyətin uzun illər ərzində apardığı siyasətlə barışa bilməzdim”. Arif Məmmədov, eyni zamanda ölkədəki mövcud siyasi sistemin dəyişməsinin vacib olduğunu bildirir.
Arif Məmmədov indi ölkədə çox populyar adamdır. O, bundan sonra da öz populyarlığını qoruyub saxlaya biləcəkmi?”./azadlıq/
511 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı