Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

“Məhkəmə icraçıları məndən rüşvət aldı”

Şikayətçi aliment məsələsinin həll etmədiyini iddia edir
“6 ildir ki, ayrılmışam. Uşaqlarımın atası Elşad Məmmədov cəmi 3 dəfə aliment ödəyib. İcraçılar da hər dəfə məndən rüşvət alırlar ki, alimenti ödətdirəcəyik, amma heç nə etmirlər”.
Bu sözləri Bakı şəhər sakini Könül İsmayılova redaksiyamıza gələrək deyib. K.İsmayılova aliment ödənilməsi işini icra edən icraçıların ondan dəfələrlə pul aldığını iddia edir: “14 və 11 yaşlı iki oğlum var. Əvvəllər aliment hər uşağa 11 manat idi. 2007-ci ildən isə bunu 30 manat etdilər. O zamanda keçmiş həyat yoldaşım alimenti ödəmirdi. Deyirdi ki, pulum yoxdur, işləmirəm. Amma yalan danışırdı. O, makler işləyirdi. Sonradan aliment 97 manata qalxdı. Fikirləşirdim ki, 67 manatı ödəməyən 97 manatı heç ödəməz. İllər ərzində yığılan alimentləri ödəməsini tələb edirəm. Onun borcu 2-3 min manata çatıb. Uşaqlarımla atamın himayəsində 20 kvadrat metrlik birotaqlı bir evə sığınmışdım. Atam rəhmətə gedəndən sonra vəziyyətimiz ağırlaşdı. Artıq maddi cəhətdən çox sıxıntı çəkirdim. Aliment üçün icraçılara zəng edirdim. Mənə ”bu işlə məşğuluq" deyib heç bir iş görmürdülər. Sonradan icraçılar mənə dedilər ki, pul ver, biz bu işlə ciddi məşğul olaq. Bunu mənə baş icraçı Qalib Şirinov demişdi. Mən də icraçılara 50, bəzən isə 100 manat verirdim ki, təki alimenti ala bilim. Arada 200-300 manat alıb mənə gətirdilər. Sonradan icraçı keçmiş yoldaşımın qeydiyyatının Beyləqan rayonuna olduğunu görüb mənim gedib oradan almalı olduğumu dedi. Mən də Bakı-Beyləqan yolu arasında qalmışdım. Ancaq işimə baxan yox idi. Hamısı da rüşvət istəyirdi. Biz ayrılanda Bakının Nəsimi rayonunda yaşayırdıq. Alimenti də Nəsimi Rayon Məhkəməsi kəsmişdi. Bu adam Beyləqanda yox, Bakıda yaşayır. Ən son ödədiyi aliment keçən ilin dekabrında olub. Məsələ ilə bağlı məhkəməyə də müraciət etmişəm. Əvvəllər işə Nəsimi Rayon Məhkəməsi baxırdı, sonra keçirdilər Beyləqan məhkəməsinə. Üstündən neçə ay keçməsinə baxmayaraq, hələ ki bir nəticəsi olmayıb. Ancaq deyirlər ki, axtarışdadır. İstəsələr onu elə yaxşı taparlar ki. Keçmiş həyat yoldaşımın evi də, maşını da var. Ancaq iki uşağının alimentini ödəyə bilmir. Bu uşaqlar da çörək istəyir. Anam təqaüdçüdür. Özüm də cəmi 100 manat maaş alıram. Bu pulla iki oğlan uşağını necə böyüdüm?! Beyləqanda icraçılar mənə dedi ki, bank hesabı aç, pulu ora ödəsin. Bank hesabı da açdım. Bura cəmi bir dəfə 2010-cu ildə pul keçirib. Mən atamı itirənə qədər ondan heç pul tələb etməmişdim. Hər dəfə icraçılar məndən pul istəyirlər. Özlərinə də tərif yazdırırlar. İcraçılar hər dəfə məndən də ondan da rüşvət alırlar. Ortada da bir şey yoxdur".

Şikayətçi yığılıb qalan alimentin ödənilməsini tələb edir.

K.İsmayılova aidiyyəti qurumlardan ona bu işdə köməklik göstərməsini xahiş etdi. /musavat.com/
1840 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:06