Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2015

“ABŞ, Səudiyyə Ərəbistanı və sionist İsaril rejimi dünyadakı bütün pisliklərin mənbəyidir”

Yəmənin Ənsarullah Hərəkatının rəhbəri Seyid Abdulməlik Əl-Husi, Səudiyyə Ərəbistanı, ABŞ və sionist İsrail rejiminin dünyadakı bütün pisliklərin və çirkinliklərin mənbəyi olduğunu deyib.
PressTV-nin verdiyi xəbərə görə, Seyid Abdulməlik Əl-Husi dünən televiziya ilə çıxışı zamanı düşmənin Yəmən xalqına qarşı bütün vəhşi hücumlarının həqiqətdə Yəmən xalqının daha da oyanması və həqiqətdən xəbərdar olmasına səbəb olduğunu bildirib.
Ənsarullah Hərəkatının rəhbəri, Səudiyyənin Amerikanın əmri və sionist İsrail rejiminin dəstəyi ilə Yəmənə hücum etdiyini söyləyib.
Səudiyyənin təcavüzkar hücumları müqabilində Yəmən xalqının müqavimətinə işarə edən Seyid Əbdülməlik Əl-Husi, Yəmən xalqının bu hücumlara qarşı müqavimətinin ən mühüm mənbəyinin Allaha arxalanmaq olduğunu vurğulayıb.
Əl-Husi Amerika və sionist İsrail rejiminin Yəmən xalqına qarşı təxribatlarını da çıxışı zamanı toxunub.
“Yəmən xalqı artıq Amerika və yalançı şüarlarının həqiqi üzünü görməyə başlayıb və terrorçu İsrail rejiminin təhlükələrinin də fərqindədir. Yəmən xalqı hər vaxt Fələstin xalqının himayədarıdır və Fələstin xalqına dəstəklərini həmişə davam etdirəcəkdir”.
Ənsarullah Hərəkatının rəhbəri Səudiyyənin Yəmənə qarşı müharibədə heç bir hədəfinə çatmadığını bildirərək, bundan ən çox mənfəət və faydanın sionist İsrail rejimi olduğunu deyib.
Seyid Əbdülməlik Əl-Husi bu gün təcavüzkarın Yəmənə yönəlik təşəbbüslərinin onlar üçün utanc verici bir qara ləkədən başqa bir şey olmadığını qeyd edərək, hücumların dərhal dayanmalı olduğunu dilə gətirib./deyerler/
593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı