Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2015

Qiyamçı diplomat: "Ölkəni bu çirkabdan təmizləmək lazımdır"

Artıq məlum qalmaqala görə, vəzifəsindən uzaqlaşmış İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiri olan Arif Məmmədov Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

Arif Məmmədov sosial şəbəkələrdə paylaşdığı müraciətində bəzi KİV-lərdə səfirlərin dövlət başçısına qarşı sövdələşməsi ilə bağlı yanlış məlumatlar yaydığını bildirib.

Arif Məmmədov Prezident Administrasiyasındakı bir sıra məmurları da Qərbin, Avropa İttifaqının, Avropa Şurasının, indi isə səfirlərin Azərbaycan hakimiyyətinə qarşı sövdələşməsi ilə bağlı yalanlar uydurmaqda günahlandırıb: "Provakasiya bu adamların qadir olduğu yeganə şeydir. Onlar bütün Azərbaycan xalqına, ağıllı və qabiliyyətli insanlara nifrət edirlər, özlərinin səbatsızlığına bununla haqq qazandırmağa çalışırlar. Cənab Prezident, cəsarətli qərarlar qəbul etmək və ölkəni bu çirkabdan təmizləmək lazımdır. Bu adamları Azərbaycan xalqı sevmir. Onlar Sizin imicinizə zərbə vurur, dünyada ölkəmiz haqqında mənfi imic yaradırlar. Bu adamlar ölkənin xərçəng şişidir. Siz onları yaxşı tanıyırsınız. Bu cür adamlar Sizin komandanızdakı sonuncu yaxşı kadrlara hücum edirlər".

Arif Məmmədov ad çəkmədən bildirir ki, həmin məmurlar xarici işlər naziri başda olmaqla ən yaxşı diplomatları hədəfə alıblar: "Siz təcili qərarlar qəbul etməsəniz, onlar dayanmayacaqlar. Azərbaycan xalqı Sizin doğru qərar verəcəyinizə inanır"./musavat/
624 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı