Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2015

MERS 23 nəfəri öldürdü

Cənubi Koreyada MERS virusu qurbanlarının sayı 23-ə çatıb.

Yaxın Şərq Respirator Sindrom (MERS) virusundan Cənubi Koreyada baş verən sonuncu ölüm halı barədə xəbəri “Yonhap” agentliyi yayıb.

Xəbərdə bildirilir ki, koronovirus xəstəliyi diaqnozu qoyulan üç nəfərin dünyasını dəyişməsilə ilə ölənlərin sayı 23-ə çatıb.

Həmçinin, ölkənin səhiyyə nazirliyi virusdan əziyyət çəkən 17 nəfərin də vəziyyətinin ağır olduğu barədə məlumat yayıb. Beləliklə MERS-dən əziyyət çəkənlərin sayı 165 nəfər olub.

Qeyd edək ki, Cənubi Koreyada MERS virusuna yoluxan 6729 nəfərin karantində olduğu bildirilir.
522 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16,