Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2015

ABŞ-da silahlı şəxs kilsədə 8 nəfəri qətlə yetirib

ABŞ-ın Cənubi Karolina ştatında naməlum silahlı şəxs kilsəyə daxil olaraq 8 nəfəri qətlə yetirib.

“Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə The State nəşri məlumat yayıb.

Məlumata görə, insident Çarlston şəhərində qeydə alınıb.

Polis hadisəni törətməkdə şübhəli bilinən, əynində boz sviter və göy rəngli cins şalvar olan 21 yaşlı ağdərili şəxsi axtarır.

Məlumata görə, hadisə yerinə altı təcili yardım maşını cəlb olunub./apa/
503 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP